Ayrım və ya Ayrum (digər variantları Eymur, Arum, Imer, Imir) - qədim türk [1] tayfasının, Kiçik Qafqazda yaşamış azərbaycanlıların qədim etnoqrafik adıdır. Onların məskun olduğu ərazi Ayrım mahalı adlanırdı. Bir fikrə görə Teymur Ankara vuruşmasından (1402) sonra Türkiyə ərazisindən köçürdüyü 50 min ailəni Gəncə, Qarabağ və indiki Ermənistanda yerləşdirmiş, onlar sonralar ayrım adı ilə tanınmışdır. …Gəncə xanı Cavad xanın general Knorrinqə yazdığı məktubda ayrımlar Gəncə xanlığının qədim elatı adlandırılır. XVII əsrdə ayrımların bir hissəsi Irana keçərək şahsevənlərə qarışmışdır. [2]
Mahmud Kaşğarinin "Divanu luqat it-türk" əsərində Oğuz sözünün izahı ilə əlaqədar olaraq Eymurlara dair aşağıdakı məlumat verilir: "Oğuz türklərin bir qəbiləsidir. Oğuzlar türkməndir. Onlar iyirmi iki uruqdur (nəsildir). Onların hər birinin özünəməxsus nişanı, mallarına xas damğası vardır ki, uruqları bu damğalara görə ayırırlar.
Oğuz etimologiyası baxımından böyük dəyərə malik olan "Tarixi–mübarək şah"da (1206) da, digər oğuz tayfaları ilə yanaşı eymurlərin adı çəkilir. Türk və monqol tayfaları haqqında geniş məlumat vermiş Rəşidəddin Dağ xanın oğlu Oğuz xanın nəvəsinə aid etdiyi adı Eymur şəklində qeyd edir. Eyni zamanda bu sözün çox yaxşı və dövlətli adam mənasını ifadə etdiyini bildirir.
Tarix: 15.01.2015 / 18:05 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr