Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Madaylar Toponimləri

Midiya toponimlərinin çoxu er. əv. IX əsrin 80-ci illərindən er. əv. VII əsrdə Midiya dövlətinin yaranmasına qədər qonşu Assuriya çarlarının Manna və Midiya tayfalarının ərazilərinə vaxtaşırı qarətçi hərbi səfərləri haqqında yazdırdıqları salnamələrdə çəkilir. Semit mənşəli assur dilinin qrammatika qaydalarına uyğun surətdə yazıldıqlarına görə (məsələn, k, n, r, ş səslərinin qoşalaşdırılması, adların sonunda adlıq hal şəkilçisi kimi u səsinin əlavə edilməsi, v səsinin olmadığına görə onun m səsi ilə, ç və c səslərinin olmadığına görə onların s və z səsləri ilə verilməsi, adların sonlarındakı y səsinin düşümü və s.) toponimlərin yerli tələffüz formalarını dəqiq bərpa etmək çətin olmuşdur.

Midiya toponimlərinin çoxu Qərbi Avropanın bir sıra iranşünaslarının, Azərbaycanda İ. H. Əliyevin, Gürcüstanda Q. A. Melikişvilinin, Rusiyada İ. M. Dyakonovun və E. A. Qrantovskinin əsərlərində İran dilləri əsasında şərh olunmuşdur. Lakin sonrakı dövrlərdə aparılan hərtərəfli elmi tədqiqatlardan sonra mannalar və onların birbaşa etnik və mədəni varisi olan madayların türk mənşəli olması fikri irəli sürülmüşdür. İlk dəfə Y. B. Yusifov tərəfindən[80] söylənilmiş bu fikir daha sonra prof. Q. Qeybullayev tərəfindən[81] müdafiə olunmuşdur.

Manna və Midiyada er. əv. I minillikdə çəkilən toponimlərin bəziləri indiyədək az fonetik dəyişikliklərlə qalmaqdadır: Uşkaya – Üskiyə; Kullar – Kullar; Urimzan – Urmu; Kizilbunda – Qızılözən; Sanqi – Səhəng; Kundur – Qotur; Astabene – Üştibin, Uauş – Yaş və b.


Tarix: 15.01.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 32 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...