Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yunis Vəlibəyov

Həyatı
Yunis İldırım bəy oğlu Vəlibəyov 23 avqust 1923-cu ildə Ağdam şəhərində anadan olub. Orta təhsilini 1930-1941-ci illərdə Ağdam 6 saylı orta məktəbdə alıb.

1941-ci ildə Ağdam Pedaqoji Texnikomunda katib vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1943-cü ildə həmin texnikomda işləyərkən Sovet Ordusunda hərbi xidmətə çağırılıb və Şimali Qafqaz uğrunda gedən döyüşlərdə iştirak edib.Döyüş xidmətlərinə görə ,,Vətən müharibəsi,, ordeni, ,,Almaniya üzərində qələbə,, medalı ilə və yubiley medalları ilə təltif edilmişdir.

1945-ci ildə Qələbədən sonra ordudan tərxis olunmuşdur. 1946-cı ildə SSRİ Dövlət Bankının Ağdam şöbəsində əməliyatçı vəzifəsinə qəbul edilmişdir. 1947-ci ildə ali təhsil almaq üçün Bakı şəhərinə gəlmiş və Xalq Təsərrüfatı İnsitutunun Ticarət-İqtisadiyat fakultəsinə daxil olmuşdur. 1951-ci ildə İnstitutu bitirdikdən sonra 1955-ci ilədək Azərbaycan SSR Ticarət Nazirliyində bir sıra vəzifələrdə işləmişdir.

1955-ci ildə Sumqayıt şəhərində yaradılmış ,,Sumqayıttorq,,a göndərilmişdir və həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmışdır.

1967-ci ildə ,,Sovet ticarəti əlaçısı,, nişanı ilə təltif edilmişdir. 1986-cı ildə həmin müəssisədən təqaüdə çıxmışdır. 2000-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.


Tarix: 13.01.2015 / 18:12 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...