Həyatı
1929-cu ildə Ağdam şəhərində orta məktəbini bitirib sonra Gəncə Pedaqoji texnikomuna daxil olub. 1934-cü ildə Pedaqoji Texnikomu bitirib, Bakı şəhərində yerləşən K.Marks adına Xalq Təsərrüfatı insitutuna daxil olub. 1939-cu ildə Ticarət İqtisadiyyat fakultəsini bitirib, Sovet Ticarəti İqtisadiyyatı təhsilinə yiyələnib.1939-cu ilin Martından 1941-ci ilin Yanvar ayına qədər Azərittifaqda təkmilləşmə kursunda müəllim, Müfəttiş vəzifələrində çalışıb.
1941-ci ilin mart ayından oktyabr ayınadək Bakı şəhərində Azərbaycan Respulikası Trikotaj Sənayesi Nazirliyində mühəndis iqtisadçı vəzifəsində işləyib.1941-ci ilin oktyabr ayında Sovet ordusu Sıralarına çağırılıb, Tiblis şəhərində yerləşən Hərbi piyada məktəbində təhsil alıb.Təhsilin başa çatdırdıqdan sonra, cəbhəyə göndərilib.İlk günlərdə 55-ci sərhəd rayonunda starşina vəzifəsində olub. 1942-1943-cü illərdə Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb. Yaralanıb kantuziya alıb. 1944-cü ildə ağır yaralanıb xəstələndikdən sonra əlil kimi ordu sıralarından kapitan rütbəsində tərxis olunub. Ordu sıralarından tərxis olunduqdan sonra 1944-cü ilin 1946-cı ilin fevral ayınadək Xalq ticarəti idarəsində, inspektor,Müfəttiş, Respublika nəzarət uçot bürosunda müavin vəzifəsi və Bakı şəhər çörək satışı idarəsində müdür vəzifəsində çalışıb. 1946-cı ilin mart ayından 1947-ci ilin yanvar ayınadək Moskva şəhərində yerləşən Nazirlər Kabinetinin Azərbaycan nümayəndəliyində məsləhətçi vəzifəsində çalışıb. 1947-ci ilin fevral ayından oktyabr ayınadək Moskva şəhərində yerləşən SSRİ ticarət nazirliyində baş inspektor vəzifəsində işləyib. 1947-ci ildə ailə vəziyyətilə əlaqədar SSRİ Ticarət Nazirliyi aparatından Dağıstan MSSR–nin Mahaçqala şəhərində yerləşən Ticarət Nazirliyinə keçirilib. 1947-ci ilin noyabrından 1948-ci ilin noyabrnadək Dağıstan MSSR-nin Ticarət Nazirliyində Şöbə müdiri işləyib. Həmin ilin noyabr ayından Dağıstan MSSR Balıq Təcizatı birliyində İdarə heyyətinin müavini, sonradan sədri vəzifəsində işləyib. 1949-cu ildə (СЕНТРОСОЮЗ) balıqıçılıq Mərkəzi birliyinə geri çağrılaraq, Kalininqrad Vilayətinin Kalinninqrad şəhərinə göndərilib 1949-cu ilin dekabrından 1950-ci ilin mart ayınadək Baltik Balıqçılıq Komitəsinin sədri olub. 1951-ci ilin martda Kalininqrad Vilayət Təhcizad Birliyinin Vilayət Universal bazasında direktor vəzifəsində çalışıb.1952-ci ili mayından 1954-cü ilin sentyabrınadək Kalininqrad şəhərində Sənaye Ticarəti idarəsində müdür işləyib. 1954-cü il sentyabr ayında 1962-ci ilədək Baltik Dəmir yol idarəsinin Kalininqrad şəhər restaran və bufet birliyinin direktoru vğzifəsində çalışıb.1962-ci ilin iyulunda Azərbaycan SSR MK-nın qərarı ilə Kalininiqrad şəhərindən Bakı Şəhərinə göndərilib.1962-ci ilin avqustunda Azərbaycan SSR MK qərarı ilə Azərbaycan SSR ticarət nazirliyinin Ayyaqabı satışı ticarət birliyinə sədr təyin olunub.1963-cü ilin avqustunda Sov, İKP-nin Partiya nəzarəti idarəsinə İnspektor keçirilib.1967-ci ildə Azərbaycan Respublikası Ticarət Nazirliyinini Ticarət Nəzarət idarəsinin rəisi vəzifəsinə təyin edilib.1969-cu ilin aprel ayında Azərb Sov İKP qərarı ilə Azərb SSR neft çıxartma Sənayesi Nairliyinini URS idarəsinə rəis vəzifəsinə təyyin olunub. 1971-martdan 1977-ci ilin mayınadək Azneft Yoltikintitəmir birliyinin idarə müdürünün müavini vəzifəsində şalışıb. 1977-si ildə təqaüdə çıxıb. Respublika əhəmiyyətli mühəndis hesab edilirdi.
Tarix: 13.01.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 89 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr