Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atropatenlilərin şəxs adları

Əfrasiab – Cənubi Azərbaycan ərazisində yarım əfsanəvi Turan hakiminin adıdır. Bəzi mütəxəssislər İranmənşəli ad sayırlar. Türkcə abra – xilaskar sözü, -si şəkilçisi və ən (əb) – bacarıqlı, fərasətli, mahir, işcil [17] sözündəndir. Bu adın "abra" komponenti Xarəzmdə Afriqlər sülaləsinin banisi Afraq (Abraq, Abriq) şəxs adında da vardır.

Bariaks – e. ə. 324 – cü ildə Makedoniyalı İskəndərin ağalığına qarşı üsyan qaldırmış midiyalının adı [18]. Buy – Arik şəxs adının (sondakı "s" yunan dilində əlavə olunma şəkilçidir) yunanca yazılışı nəticəsində təhrif olunmuşdur. Türkcə buy və ariq, arik sözlərindəndir. Türk sabirlərdə Boyariks şəxs adı ilə müqayisə olunur.

Artabazan – III əsrin 20-ci illərində Atropatenanın çarı [19]. Bütün tədqiqatçılar bu adı farsca saymışlar. Lakin Q. Qeybullayev göstərir ki, türkcə arba – şux, oynaq, gumrah, cəld, itiqaçan (Midiyada bu sözdən düzəlmiş Artasirar, Artasar, Munsuarta, Artember şəxs adları var idi) və "bacan" (yunan dilində "c" səsi olmadığına görə Bazan) komponentindən ibarətdir. Bazan komponentinin mənası məlum deyil. Lakin V əsrdə Şimali Qafqazda türk bolqarların xanı Buzan (yazılışı yunancadır, əslində Bucan), qədim türk runi yazılarında Baçan, Kitabi Dədə Qorqud da Bay – Bican, Qurbani dastanında Dəli Becan, Ağqoyunlu dövləti vaxtında sərkərdə Bican və s. şəxs adları məlumdur. "Bican", "Becan" adının mənası məlum deyil. Güman ki, qazaxlarda bayşan, başqırdlarda buysan – ucaboylu, boy- buxunlu, qədd- qamətli sözü vasitəsilə izah etmək olar.

Orontobat – e. ə. IV əsrin sonlarında Atropatena hakiminin adı. Orusbat, yaxud Oruzbat şəxs adının yunanca yazılış formasıdır və şübhəsiz ki, təhrif olunmuşdur. Müqayisə üçün deyək ki, Alban çarı Oruzun adını da antik müəlliflər Orod, Oront kimi yazmışlar. Orontobat türkcə orıs, orus və bat – mətin, möhkəm, bahadır sözlərindən ibarətdir.

Artaşes – e. ə. III əsrin axırı, II əsrin əvvəllərində Ermənistanda əslən midiyalı çarın adı. Qədim yunan dilində yazılışı Artaksiy (Ar-Taş və yunanca ―es adlıq hal şəkilçisindən). Türkcə ər – kişi, igid, döyüşçü və taş sözlərindəndir. Yaxud türkcə arda – şux, oynaq, gümrah, cəld, itiqaçan və şumer dilindən maday dilinə keçmiş "şes" qardaş [20] sözlərindəndir.

Ariobarzan – Əslən midiyalı (atropatenli), er. əv. I əsrin sonlarında Atropaten çarının adı [21]. Türkcə və monqolca ərə – igid, cəsur, döyüşçü və barsan – varsan, özüsən sözlərindəndir. VIII əsrdə Altayda Turkəş xaqanlığının bir xanı Tukvarsen adlanırdı. Bu ad tuk – ilkin, birinci, əvvəlinci) sırada, döyüşdə və varsan sözlərindən ibarətdir. Antik müəllif Korneliy Tatsit yazır ki, Yuliy Sezar əslən midiyalı olan Ariobarzanı ermənilərə başçı təyin etmişdi [22].

Artavaz – eramızın I əsrinin əvvəllərində Atropatena və Ermənistan çarının adı, Ariobarzanın oğlu. Antik müəlliflər onu midiyalı (yəni atropatenalı) adlandırırlar. Türkcə arda (Artabazan adında olduğu kimi) və bas – başçı sözlərindəndir.

İotab – Artavazın qızının adı. Türkcə yot, yaxud ot – dava – dərman, yaxud ud – həyalı, abırlı (Əbu Həyyanın lüğətində ud sözünün mənası belədir) və çox mənalı əbə (qadın, ana) sözlərindəndir. Quruluşca Nizaminin İskəndərnamə poemasındakı Nüşabə adı ilə eynidir.


Tarix: 15.01.2015 / 18:00 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...