Kadusilər (qəd. yun. Καδούσιοι) — Atropatenada və eləcə də Qafqaz Albaniyası ərazisində yaşamış İrandilli[1] etnos. Kadusilər bu günkü talışların ulu əcdadları hesab edilir. [2][3][4]
Bu etnosu ilk dəfə Herodot qeyd etmişdir.[Mənbə göstərin] Sonrakı antik müəlliflər də kaduslar haqqında məlumat verirlər və onları dağ yerlərində çox döyüşkən olduqlarını qeyd edirlər.[Mənbə göstərin] Strabon kadusların dəniz kənarında yaşadığını yazır. O, kadusların ərazisinin Xəzər dənizinin sahili boyu 500 stadij təxminən 190 km uzunluqda olduğunu göstərir[5].
Q. Qeybullayev[6] qeyd edir ki, talışlar İranmənşəli köklü xalqdır və onların türkdən dönmə fikri yanlışdır.[Mənbə göstərin] Azərbaycanın hər iki hissəsində getmiş tarixi hadisələrdə fəal iştirak etmiş talışlar Azərbaycan xalqının milli mədəniyyətinin formalaşmasında müəyyən rol oynamışlar.[Mənbə göstərin] Strabonun, Heradotun və digər Antik müəlliflərin verdiyi məlumata görə kadusilər çox iri tayfa olmuşdur.[Mənbə göstərin] Onlar döyüşə 35 min piyada 8 min atlı çıxardıblar.[Mənbə göstərin] Kadusi sözünün talışca mənası belədir: Kə-ev, düst-dost, yəni ev dostu.
Tarix: 15.01.2015 / 18:38 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr