Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bahadır Vəlibəyov Ailəsi

Bahadır Vəlibəyovun həyat yoldaşı Xədicə Əhmədcan qızı Vəlibəyova 1904-cü ildə Həştərxan şəhərində anadan olmuşdu. Xədicə xanımın digər bacısı Arifə xanım görkəmli Azərbaycan sovet partiya və dövlət xadimi Qəzənfər Musabəyovun həyat yoldaşı idi. Bahadır Vəlibəyov həbs edilərək güllələndikdən sonra Xədicə Vəlibəyov da SSRİ XDİK Xüsusi Müşavirəsinin 11 iyun 1940-cı il qərarına əsasən sosial-təhlükəli ünsür kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan o, Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 7 yanvar 1956-cı il qərarına əsasən bəraət almış oldu.


Tarix: 13.01.2015 / 17:47 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...