Kəngərli eli - Azərbaycan türklərinin etnogenrzində iştirak etmiş türk mənşəli tayfalardan biridir.
Eramızın ilk əsrlərindən, hələ Qafqaz Albaniyası ərazisində yaşadıqları qeyd olunan qədim türk tayfalarından biri də kəngərlərdir. Mənbələrdə bu tayfanın adı V əsrdən çəkilir. Onlar əsasən Naxçıvan bölgəsində məskunlaşsalar da Qərbi Azərbaycan (indiki Ermənistan) və Qafqaz Albaniyasının Qərb torpaqlarında da (Borçalı, Göyçə gölü hövzəsi) məskun idilər. Tarixşünaslıqda kəngərlərin türkmənşəli olmasına heç kəs şübhə etmir. Azərbaycan ərazisində Kəngərli toponimləri də bu tayfanın adını əks etdirir.
Səfəvilər dönəmində Qızılbaşlar tayfa ittifaqına qatılan Ustaclı elinin bir qolu idi. Sonra oymaq şəklindən çıxıb müstəqil elə çevrildi. Elin təşkil olunmasında Ustaclı tayfasının Kərəmpa oymağı eləcə də Qızıllı oymağı iştirak etmişdi. Kəngərli eli Naxçıvanda müstəqil xanlıq qurmuşdu.
Tarix: 15.01.2015 / 18:53 Müəllif: Feriska Baxılıb: 48 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr