Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

XV-XVIII yüzillərdə Azərbaycan memar, bənna və ustaları

Ustad Hacının oğlu (memar; Mərəzədəki Diribaba türbəsi, 1402),
Məhəmməd Məcid Təbrizi (nəqqaş; Bursadakı Yaşıl camenin mehrabı, 1424),
Əli ibn Hacı Əhməd (ağac üzərində oyma ustası; Bursadakı camenin qapısı),
memar Əli (Məhəmməd Əli; Bakıda Şirvanşahlar sarayı kompleksində 1435 il tarixli türbə),
Hacı Əhməd (memar; Dərbənddəki, "Qırxlar darvazası" və "Böyük məscid, XV yüzil),
Yusif ibn Ustad Zahir (memar; Qəbələ rayonunun Həzrə kəndindəki Şeyx Bədrəddin türbəsi, 1446), *Tacəddin (memar; Quba rayonunun Agbil kəndində türbə; 1446, qalmışdır),
Xoca Əli Hasil Təbrizi (memar; Heratdakı Müsəlla ansamblının mədrəsəsi, XV yüzil),
Səmsəddin (memar; Məşhəddə Şah məscidi, 1451),
Nemətulla Bəvvab ibn Məhəmməd (xəttat və kaşı ustası; Təbrizdəki Göy məscidin kitabələri, 1465),
Şəmsəddin Təbrizi (memar; İsfahandakı Ali məscid, 1522),
Şəmsəddin Şəmaxi (memar; Qəbələ rayonunun Həzrə kəndindəki Şeyx Mənsur türbəsi, 1570),
Əsir Əli (Təbriz; 1515-37 illərdə Türkiyənin İstanbul, Konya, Əskişəhər, Çorlu, Tekirdağ, Qəbzə, *Trabzon, Hacılar, Bolqarıstanın Sofiya, Yuqoslaviyanın Sarayevo və b. şəhərlərində çoxlu bina tikilmişdir; əsas işləri – İstanbulda Topqapı sarayının 2-ci baştağı, Sultan Səlim məscidi, 1522; Sofiyada Seyfəddin Qazi məscidi Sarayevoda imarət, kitabxana, məscidlər kompleksi, 1532; Qəbzədə Çoban Mustafa məscidi və s.)
Əmirşah Vəlyənkuhi (memar; Bakıda Şirvanşahlar sarayı ansamblının Şərq darvazasının daşdan oyma bəzəkli baştağı, 1584),
Şeyx Bəhaəddin (memar və alim; Gəncənin cümə məscidi və ətrafındakı meydanın memarlıq ansamblı, 1606),
Nadir Əli ibn Ustad Yarəli (memar; Mərdəkanda türbə, XVII yüzil),
Pərviz (memar; Abşeronun Buzovna kəndinin qəbiristanlığında türbə, 1641),
İsmayıl Nəqqaş Ərdəbili (xəttat və nəqqaş; Ərdəbildəki Şeyx Səfiəddin kompleksinin Ali qapı baştağının bəzəkləri, 1647),
Yusifşah ibn Məlik Səfimai (memar; Şeyx Səfiəddin kompleksinin Ali qapı baştağı, 1647),
Baba Şeyxican (memar; Mərəzə kəndində karvansara, 1613),
Murad Əli (memar; Nardaranda Hacı Baxşı məscidi, 1663),
Əbdüləzim Səhkar (memar; Şamaxı rayonunun Kələxana kəndindəki türbələr kompleksi, XVII yüzil),
Baba Əli (memar; Abşeronun Məmmədli kəndində hamam, 1663),
Məhərrəm (memar; Abşeronun Binə kəndində məscid, 1697),
Bünyad (memar; Abşeronun Maştağa kəndində məscid, 1716),
Abbasqulu (memar və nəqqaş; Şəki xanları sarayının böyük salonunun tavanının bəzəkləri; XVIII yüzil) və b. fəaliyyət göstərmişlər.


Tarix: 13.01.2015 / 02:01 Müəllif: Feriska Baxılıb: 86 Bölmə: Azərbaycan xanlıqları
loading...