X-XII yüzillərdə yaşayıb yaratmış bir çox Azərbaycan memarları, bənnaları və memarlıq bəzəyi ustalarının adları müxtəlif tikililərin kitabələrində, daş plitələrində, dekorativ bəzək məmulatlarında və digər qaynaqlarında dövrümüzədək çatmışdır. Bunlardan
Məhəmməd ibn Cəfər (Beyləqan rayonundakı "Peyğəmbər" qəbiristanlığındakı kitabəli plitə X yüzil), *İbrahim ibn Osman (Gəncə darvazası, 1063),
Məhəmməd Əbubəkr oğlu (Bakıda Sınıqqala məscidi, 1078),
Möhsün (XI yüzil; əsərləri məlum deyil),
Bəndan ibn Möhsün (XII yüzil; əsərləri məlum deyil),
Bəkir Məhəmməd (Marağada "Qırmızı günbəz" türbəsi 1148),
Əcəmi Əbubəkr oğlu Naxçıvani (Naxçıvanda Yusif ibn Küseyir türbəsi, 1162, Mömünə xatın türbəsi 1186 və s.),
Aşur İbrahim oğlu (İçərişəhərdəki İbrahim məscidinin daş mehrabı, 1171),
Əmirəddin Məsud (XII yüzil; əsərləri məlum deüyil),
Əbu Mənsur Musa oğlu (Urmiya ş. yaxınlığında "Üç günbəz" türbəsi, 1185),
Əhməd Məhəmməd oğlu (Marağada "Göy günbəz türbəsi, 1196),
Məsud Davud oğlu (Bakıda Qız qalası, XII yüzil),
Cəmaləddin (indiki Ordubad rayonunun Xanağa kəndindəki Əlincəçay xanəgahında türbə, XII yüzilin sonu – XIII yüzilin əvvəli),
Əhməd Əbubək oğlu (XIII yüzil, Mərənd; əsərləri bəlli deyil),
Əbdülməcid Məsud oğlu (Mərdəkanda dairəvi qəsr, 1232),
Zeynəddin Əburəşid oğlu Şirvani (Bakı limanında Şirvanşahların "Bayıl qəsri" iqamətgahı, 1235), *Bədrəddin Təbrizi (Türkiyənin Konya şəhərində (cəlaləddin Ruminin türbəsi 1273),
Məhəmməd ibn Mahmud (Arran; Turkiyənin Amasiya şəhərində) məscid minarəsi, 1236-46),
Mahmud ibn Maqsud (Pirsaatçay xanəgahının minarəsi, 1256),
Mahmud ibn Məsud (Bakıdakı Şəfiulla məscidi; XIV yüzil),
nəqqaş Əbdülmömin Şərəfşah oğlu (Təbriz; Urmiyada məscid mehrabının oyma naxışları, 1277),
Mahmud Səd oğlu (Bakı yaxınlığında Nardaran kəndindəki qəsr, Bibiheybət məscidinin minarəsi, 1305-13),
Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani (Bərdə türbəsi, 1322),
gəctəraş Nizam Bəndgir (Mərənd şəhərindəki Gümə məscidinin gəcdən oyma bəzəkləri, 1329),
Hacı Məhəmməd (Təbriz; İsfahanda karvansara, 1331),
Şahbənzər (Ağdamın Xaçındərbətli kəndində türbə, 1314),
Kəştasif Musa oğlu (Nardaran Xan hamamı, 1388) və b. 10-14 yüzillərdə Azərbaycan memarlığının ən dəyərli örnəklərini yaratmışdır.
Tarix: 13.01.2015 / 02:00 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycan xanlıqları