Qarabağ xanlığında sənətkarlıq Xeyli inkişaf etmişdir. Sənətkarlar əsasən Şuşa qalasında fəaliyyət göstərirdilər. Kustar üsulu ilə ip əyirilməsi, xalça toxunulması, xammalın ilkin təmizlənməsi kəndlərdə də məşğuliyyət növlərindən idi. Məlumdur ki, uzun müddət feodal geriliyi şəraitində yaşayan Azərbaycan kəndlərində başlıca olaraq natural mal mübadiləsi yayılmışdı.Sənətkarlığın inkişafı, əhalinin peşələr üzrə "ixtisaslaşması", başqa amillər pul dövriyyəsinin genişlənməsinə, bazarlara məhsul çıxarmağa şərait yaratmışdı. Xanlığın demək olar ki, hər bir ailəsində xırda toxucu dəzgah mövcud idi. Onlar özləri saplardan hazırladıqları yun və ipək əşyalar toxumağı bacarırdılar. Məhz buna görə də təsadüfi deyildir ki, xanlıqda ən inkişaf etmiş sənaye sahəsi toxuculuq olmuşdur. Xanlıqlar dövründə Qarabağ xalçaları xarici bazara da çıxarılırdı.
Arasıkəsilməz feodal ara müharibəlləri odlu və soyuq silahlar istehsalı üçün zərurət yaratmışdı.Şuşa sənətkarları tüfəng, tapança lülələri və silah qundaqları hazırlayırdılar. Mirzə Adıgözəl bəyin və digərlərinin göstərdiyi kimi Şuşada həmişə barıt istehsal edən zavod işləyirdi.Xəncər, qılınc hazırlayan sənətkarlar, misgərlər, daşdan müxtəlif istehsal vasitələri- dəyirman daşları, kirkirələr, daş qazanlar və başqa əşyaları hazırlayn ustalar da Şuşada yerləşirdilər. Xanlıqda 500-ə yaxın işləyən dəyirmanın ayrı-ayrı hissələri daşdan və taxtadan hazırlanırdı.
Bazar günləri isə istər Şuşada (həm də qala ətrafında) və bir çox mahallarda yarmarka tipli ticarət həftə bazarı təşkil edilirdi. Həftə bazarlarının keçirilməsi zəmanəmizə qədər davam etməkdədir. Həftə bazarları arasında kəndlərdə ticarət işini çalvadarlar, xırdavatlarçılar yerinə yetirirdilər. İbarahim xanın dövründə Qarabağ xanlığı tacirləri Şəki, Şamaxı, Gəncə xanlıqlarında istehsal olunan ipəyi alıb həqiqi mənada ipək monopoliyası yaratmış və onu xarici bazara çıxara bilmişdi. Məşhur Qarabağ atları, Qarabağ xalçalarıları da ticarətin mühüm maddələri idi.İrana aparılan malların şəhərlər üzrə kömrük xərci müəyyən edilmişdi. Türkiyə qarabağ tacirlərini özünə cəlb etmək məqsədilə onları bu xərcdən azad etmişdi. Qarabağ xanlığının heç yerdə işlənməyən özünəməxsus ölçü vahidləri vardı.
Şuşada məşhur daş karxanaları ilə yanaşı 2 kərpic zavodu da olmuşdur.Buradakı sabun bişirən müəssəsi şəhəri və ətrafı sabunla təmin edirdi.
Tarix: 12.01.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 92 Bölmə: Azərbaycan xanlıqları