Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çar Rusiyasının etnik təmizləmə siyasəti

Rusiya-İran müharibəsinin II hissəsinin qurtarmasını bildirən Türkmənçay sülh müqaviləsi 1828-ci il 10 fevralda imzalanmışdır. Bu müqavilənin XV bəndinə əsasən əhalinin İrandan Cənubi Qafqaza hərəkətinə icazə verildi. Nəticədə İranda məskunlaşmış ermənilər Cənubi Qafqaza köçürüldü. İlk vaxtlar erməni ailələri əsasən Qarabağa, Şəkiyə, Naxçıvana, İrəvana, Göyçəyə və Şamaxıya köçürüldü. Təkcə 1828-ci ilin sonunda Bərdədə mindən çox erməni ailəsi məskunlaşdırılmışdır.

Q. D. Lazarev, İ. F. Paskeviç və s. rus generalları ermənilər daha çox İrəvan ərazisinə köçürtməyə çalışırdılar. Bu da təsadüfi deyil Osmanlı imperiyası, Gürcü xanlıqları, İranla isə Naxçıvan vasitəsi ilə qonşu olan İrəvan xanlığının ərazisi hər üç dövlətə təzyiq etmək üçün çox gözəl ərazi idi. Buna görə də ermənilər sonradan buraya köçürülməyə başladı. Buna görə də köçürmə siyasəti üçün erməni mənşəli Bebudovun başçılığı ilə xüsusi komitə təşkil edildi. 1828-ci ilin fevralından mayına qədər 948 erməni ailəsi İrəvana köçürülmüşdür. Sonralar isə Naxçıvan və İrəvan xanlıqlarının ərazisində "Erməni vilayəti" yaradıldı.


Tarix: 12.01.2015 / 19:09 Müəllif: Feriska Baxılıb: 19 Bölmə: Azərbaycan xanlıqları
loading...