Şahbulaq Qıfılı saray kompleksi
Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ xanlarının yay iqamətgahlarından biri. Ağdamın Şahbulaq yaylağında yerləşir.
Saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Kompleksi "Kilid"-qıfıl adlandırmışdılar. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə görə, xan sarayı kompleksinin tikildiyi ərazidəki bulağın əvvəlki adı "Qıfıl-kilid" olmuşdur. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülmüşdür. Maraqlıdır ki, saray kompleksinin planında və quruluşunda da kilidi xatırladan elementlərdən istifadə olunmuşdur.
Tarix: 12.01.2015 / 19:22 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: Azərbaycan xanlıqları
loading...