Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhalinin məşğuliyyəti və reylef

Qarabağın torpaq sahələri dağın ətəklərindən Arazın Xudafərin körpüsündən Cavad kəndinə qədər olan yerlərin hamısı Araz çayı suları ilə sulanırdı. "...Qarabağ torpağı çox mənfəəətli və dövlətli torpaqdır. Heç bir məmləkətdə və iqlimdə bu cür torpağın olduğunu eşitməmişəm". [Mənbə göstərin]

Qarabağ ərazisində 800-3000 metr hündürlükdə ərazilər geniş yayılıb. Buna görə də heyvandarlıq əhalinin əsas məşğuliyyət sahələrindən idi. XIX əsrin əvvəllərində Qarabağ xanlığı ərazisində 10.000 baş iribuynuzlu malqara, 300.00 qoyun və keçi, 20.000 at 2200 ulaq qeydə alınmışdır. Çox az sayda xristian Qarabağ erməniləri isə o zaman donuzçuluqla məşğul olurdu.

Qarabağ ərazisinin üçdə iki hissısi ovalıqlarlardan ibarətdir ki, lap qədimdən onlar Mil və Qarabağ düzənlikləri adlanır. Buna görə də çayların suları bəs eləmədiyindən çoxlu arxaların çəkilməsi təcrübəsi tətbiq edilmişdir. Mirzə Camal Qarabağın qədim Beyləqan şəhərinin ətrafındakı abadlığı və təsərrüfatın Pənah Əli xan tərəfindən yenidən canlandırılmasından bəhs açır " O, Kür çayından geniş Beyləqan çölünə böyük arx çəkdirərək və ətrafında Köndələnşaydan Qarqarçaya qədər kəndlər saldırıb camaatı yerləşdirdi və güzaranlarını müəyyən etdi....Qədim zamalarda o böyük arxın adı Barlas idi, indi isə Govurarx adı ilə məşhurdur. Çingiz xan zamanına qədər o şəhər, arx və kəndlər abad idi."3 Pənah xan və İbrahim xan arxların bərpasına böyük əhəmiyyət verirdi. Mirzə Camal yazır " Pənah xan və İbrahim xanın hökmranlığının ilk illərində bu arxlardan istifadə olunur və xanlar onlardan gəlir əldə edirdilər. Arxların adı belədir: Kürək arxı, Luvar arxı, Meymənə arxı, Gəmiçi arxı, sarı arxı, Ayaz arxı, Taşqay arxı, Xan arxı.

Qarabağlıların oturaq həyat tərzi keçirmələrini Mirzə Camal əsərinin başqa bir yerində belə izah edir: Torpağın və suyun yaratdığı həyat şəraitində hər arxın ətrafında 5-6 min ailənin yaşamasına imkan verir.

Qarabağ xanlığını araşdıranlar Pənah xanın Şuşada hakimiyyətə başlamasından az sonra xüsusi zərbxana düzəldib pul kəsməsindən bəhs edirlər. Mirzə Yusif yazır ki, Şuşada Pənah xan tərəfindən sikkəxana tikildi. Pənahı adı ilə bi misqal vəznində gümüşdən pul sikkəsi vurulurdu. Sikkənin bir tərəfində Pənahabad, o biri tərəfdən isə "La ilahə illəllah Muhammədun rəsulullah" sözləri yazılmışdır. Pənahının altısı bir manat, səkkizi isə Qarabağ tüməni adlanırdı. Pənah xanın buraxdığı pul Qarabağın Rusiya tərkibinə daxil edilməsindən sonra da öz dəyərini saxlamışdır. Xanlığın 6 manat 50 qəpik pulu 1 manat Rusiya pulu dəyərində idi.


Tarix: 12.01.2015 / 19:13 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: Azərbaycan xanlıqları
loading...