Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sadıq xan Şəqaqi

Həyatı
Sadıq xan Səqaqi Kərim xan Zəndin 1400 nəfərlik tufəngçilərinin rəislərindən biri olan Əli xanın oğludur. O, 1790-cı ildə Sarab böyuklərindən idi və həmin il Ağaməhəmməd sah Qacarın ordusuna qarşı ağır döyuşlər aparmışdır. Lakin Ağaməhəmməd xanın muqabilində məğlub olmuş, Qarabağa çəkilmişdir. Burada İbrahimxəlil xan Cavanşirə pənah apardıqda, onun iltiması ilə Ağaməhəmməd xan tərəfindən bağışlanaraq cərimələrdən azad edilmişdir.

Ağaməhəmməd şah yenidən Azərbaycana qoşun çəkdiyi zaman Sadıq xan onun dəstəsinə daxil olmuş, tədricən etimad qazanmış və hətta onun bacarıqlı komandirlərindən biri olmuşdur. 1795-ci ildə kor Şahrux Ağaməhəmməd sah tərəfindən hakimiyyətdən salındıqdan sonra Xorasan ələ keçirildi və Ağaməhəmməd xan İranın digər ərazilərini birləşdirmək məqsədilə əfqanıstan və Türkmanistana yola düşmək qərarına gəldi. O, əvvəllər İranın bir hissəsi olan həmin torpaqları geri almaq ucun Məşhəddə olarkən xəbər gəldi ki, ruslar Qafqazda və Azərbaycan sərhədlərindədir. Ona gorə də İranın Sərqində və Simali-Sərqində olan torpaqlarını azad etmək planını yarımcıq qoyaraq rusların qarsısını kəsmək, eyni zamanda Qafqazın əmirlərini və xanlarını birləsdirərək ozunə tabe etdirmək qərarına gəldi. Lakin məlum olduğu kimi İbrahimxəlil xan muqavimət gostərdi, bununla belə Qacar sahı ordunun bir hissəsini Adinəbazarda saxlayaraq bir hissəsi ilə, o cumlədən Sadıq xanla Susaya daxil oldu.

Bu zaman Ağaməhəmməd şahın nökərlərindən üç nəfərinin günah iş tutduqları məlum oldu və xan hər üçünun dərhal öldürülməsi barədə göstəriş verdi. Lakin Sadıq xan cümə günü olduğunu bildirdi və onların səhər öldürülməsini israr etdi. Ağaməhəmməd ah onun xahişini qəbul etdi, onları həbs etməkdənsə, azad buraxdı və onlar da oz cinayət əməllərini yerinə yetirdilər. Gunahkarlar onu qətlə yetirdilər. Sonra onlar Sadıq xan Səqaqini faciədən xəbərdar etdilər. Sadıq xan əvvəl onların dediklərinə inanmadı. Qatillər Ağaməhəmməd sahın həmisə ozu ilə gəzdirdiyi qiymətli əsyaları gətirib Sadıq xana təslim etdikdə onu inandıra bildilər. Cox qudrətli, həm də zəhmli sahın adi nokər əli ilə qətlə yetirilməsi heyrət doğurmaya bilməz!

Sadıq xan Səqaqi bu var-dovləti goturərək hadisəni hec kəsə deməmis Susadan cıxıb oz doğulduğu yerə uz tutdu. Səraba catdıqda qardaslarına oz islərini icra etmək ucun tapsırıqlar verdi. Qardaslarından birini, Cəfərqulu Xanı Qaracadağ hakimi təyin etdi, digər qardası Məhəmmədəli Soltanı isə Təbrizin darğası qoydu. Ozu isə paytaxtı tutmaq ucun coxsaylı ordu ilə Qəzvinə yola dusdu.

Fətəli Sah Sadıq xan Səqaqinin qarsısını kəsmək ucun ozunun qullarağasıbası vəzifəsində olan (Rəisi- qulaman) Huseyn xan Qacarın sərkərdəliyi ilə ordu gondərdi. Ozu də qosunla onun ardınca getdi. 1797-ci ilin oktyabr ayında Ağaməhəmməd sah Qacarın qətlindən 3 ay sonra Qəzvin yaxınlığındakı əli torpağı adlanan yerdə iki qosun arasında qızğın doyus bas verdi. Bu vurusda Sadıq xan Səqaqinin 25 min nəfərlik ordusu məğlub oldu, olduruldu, əsir alındı, ozu isə Səraba qacdı.

Fətəli şah onun ardınca Azərbaycana uz tutdu, lakin Zəncan səhərində esitdikdə ki, o tərəflərdə taun xəstəliyi vardır, əlacsız Tehrana qayıtmalı oldu. Sadıq xan Qəzvində məğlub olduqdan sonra Sərabda oz vəziyyətini dusundu və etiraf etməyə məcbur oldu ki, Fətəli şahın qudrəti muqabilində acizdir. Ona gorə də ozundə olan ləl-cəvahiratı goturərək tabe olmaqdan basqa bir yol gormədiyi ucun Fətəli şahın yanına gəldi. Bundan sonra o, Sərab və Gərmrud hakimi təyin olundu. Həmin il Sadıq xanla Xoy və Təbriz hakimi Cəfərqulu xan Dünbili arasında munaqisə yarandı. Onlar arasında doyus bas verdi və Sadıq xan məğlub edilib, Muğana, oradan da Sirvana cəkildi. O, bir muddət kecdikdən sonra Urmiya hakimi Məhəmmədqulu xanı ozunə həmrəy edib onunla birləsdi. Tarixci Rzaqulu xan Hidayət "Rovzətus-səfa" əsərinin 9-cu cildində yazır ki, Məhəmmədqulu xan əfsar Urməvi də sahlıq iddiasında idi. O, Sadıq xanla Cəfərqulu Xan Dunbulini oz məqsədinə xidmət etdirmək istəyirdi. Fətəli şah onları dəf etmək ucun ozunun sərkərdəsi Məhəmmədəli xan ərəb Bəstamini və Məhəmmədqulu xan Avsarın qardası oğlu Huseynqulu xanı onların qarsısına gondərdi. Cox ziddiyyətli bir səxsiyyət olan Sadıq xan muqavimət gostərə bilmədiyi ucun oz havadarı Suleyman xan Qacarı (Etizaduddovlə) vasitəci etdi və bu dəfə onun koməyilə əfv olundu. Fətəli şah onu ordu bascısı təyin etdi.

Fətəli şah 1798-ci ildə Xorasana yola dusdu, məqsəd Məshədi tutmaq və Sahrux sahın oğlu Nadir mirzəni aradan goturmək idi. O, Sadıq xan Səqaqini də ozu ilə apardı. Yolda Sadıq xanla Huseyn xan Qullarağasıbasını Cinaran adlanan məkanı tutmaq və onun hakimi Məmis xan Kurd Zəfəranlunu məğlub etmək ucun gondərdi. Sadıq xan burada da Fətəli şaha xəyanət etdi. O, Huseyn xanı arxada qoyaraq tez irəli kecdi və xəlvəti, təklikdə Məmis xanla danısdı, onu Nadir mirzənin tərəfində durmağa məcbur etdi və ozunə tabe etdirdi. Məmis xan isə Fətəli şahın havadarı rolunu oynayaraq, ona sədaqətini subut etmək məqsədilə, xəlvəti Sadıq xanın məramını kicik bir kağıza yazaraq, saha catdırdı. Fətəli şah dərhal bu məsələyə məhəl qoymadı və Sadıq xanın xəyanətini uzə vurmadı. O, gostəris verdi ki, Sadıq xan Canməhəmməd xan Qacar Dəvəlunun dəstəsinə birləssin, bir-biri ilə ittifaqda Məşhədin muhasirəsinə baslasınlar. Sadıq xan isə hər seydən xəbərsiz Fətəli Sahın əmirlərinə qarsı nifaq və ziddiyyət yaradırdı.

Fətəli şah 1799-cu ildə Sadıq xanı həbs etdirərək, hava daxil olmayan, qapalı bir otağa saldırdı. O, acından və havasızlıqdan oldu. Fətəli şah onun vəzifəsini və əmlakını onun qardasları və oğulları arasında boldu.


Tarix: 10.01.2015 / 17:01 Müəllif: Feriska Baxılıb: 145 Bölmə: Azərbaycan xanlıqları
loading...