Həyatı
Əhər şəhərində anadan olub. İran ordusunun sərkərdələrindən biri olub. Qardaşı Abbasqulu xanın xanlığı dövründə şahzadə Abbas Mirzə Abbasqulu xandan üz döndərmişdi. Məhəmmədqulu xandan da soyumuşdu. 1826-1828-ci illər rus-İran müharibəsi əsnasında Qaradağ xanlığı savaş meydanına dönmüşdü. 1828-ci ildə Məhəmmədqulu xan qardaşı, ailəsi və rəiyyəti ilə birgə Qarabağa köçür. Çar I Nikolayın xüsusi fərmanı ilə mayor rütbəsi və Qaradağ xanlığına işarə edən Xanqaradağski familiyasını almışdı. Şuşa şəhər komendantının hərbi hissəsində çalışırdı. Kəşfiyyat xidmətinin rəisi olub. 1835-ci ildə igidliyinə və xidmətlərinə görə Məhəmmədqulu xana polkovnik rütbəsi verilir. 1840-cı ildə Şuşada vəfat edir. Həsənəliağa xan Qaradağski (ata), Məhəmmədhüseynağa xan Qaradağski adlı oğulları, Sara xanım adlı qızı vardı. Həsənəliağa xan Qaradağski nin babasıdır.
Tarix: 10.01.2015 / 16:56 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycan xanlıqları