Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhməd xan Dünbili

Həyatı
Dünbili tayfası tamamiylə türkləşmiş zaza əsilli tayfadır . Əhməd xan 1786-cı ildə qardaşı Şahbaz xanın övladları tərəfindən öldürüldü.

Hakimiyyəti
Xanlığın başında duran Əhməd xan (1763 – 1786) Təbriz xanlığının ərazisini birləşdirərək İrəvan, Naxçıvan və Qaradağ xanlıqlarını da özünə tabe edə bilmişdi[1]. Rusiya dövləti xanlığın artan nüfuzundan Türkiyənin istifadə edə biləcəyindən ehtiyat edirdi. Buna görə də xoylu Əhməd xanı öz tərəfinə çəkmək üçün bu işlə II Yekaterina özü maraqlanırdı. O, 1784-cü il iyunun 21-də Knyaz Potyomkinə bu haqda xüsusi tapşırıq vermişdi[2]. Lakin, rəsmi sənədlərdən göründüyü kimi, Xoy xanlığı Rusiyaya deyil, Türkiyəyə meyl edirdi. Hətta Türkiyə dövləti bunun müqabilində Əhməd xana böyük imtiyazlar vermişdi[3]. Bundan əlavə 1784-cü ildə Xoy xanı Əhməd xan digər Azərbaycan xanları ilə birgə Axalsık paşasının yanına elçi göndərmişdi. Həmin elçilik qarşısında Sultandan kömək almaq məqsədi qoyulmuşdu[4].

Xoy, Təbriz və Naxçıvan xanlarının Bəyazid hakimi İsaq paşa vasitəsi ilə Osmanlı sultanından onlara başçı təyin edilməsi xahiş olunurdu. Bu xahişi nəzərə alan sultan onlara belə cavab vermişdir: "Biz ali məqamlı Xoy hakimi Əhməd xanı sizə başçı təyin edirik ki, birləşib ... qanuni düşmənimiz olan xristianlara qarşı birgə vuruşasınız.


Tarix: 10.01.2015 / 17:19 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Azərbaycan xanlıqları
loading...