Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fətəli xan Qubalı Fəaliyyəti

1758-ci ildə atası öldükdən sonra iyirmi üç yaşında hakimiyyətə gələn gənc Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınmışdır. Vahid Azərbaycan naminə 40 min qoşun yaradan Fətəli xan Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmışdır. Nadir şah Avşarın öldürülməsindən sonra xırda xanlıqlara bölünən Azərbaycaın müstəqil və abad bir ölkə kimi görmək istəyən Fətəli xan Qubalı ittifaqa gəlməyən xanlıqları birləşdirınək üçün silaha əl atmağa məcbur olmuşdur. O, 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etdi.

Otuz illik silahlı mübarizəsindən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirınəyə nail oldu. Həmin illərdə (1769-cu ildə) Qafqaza səyahət etmiş akademik S.Q.Qmelin igid sərkərdə Fətəli xan Qubalının xalq arasında böyük ehtirama layiq olduğu haqqında iftixarla yazır: "Dərbənd əhalisi onu sevirdi. Şamaxı təəbələri Fətəli xandan razı idilər. Bakı əhalisi, onun vergi, toplamaqla kifayətlənməyib, Bakıya sahib olmasını istəyirdi. Fətəli xan Azərbaycanı birləşdirınəyə 1759-cu ildə Dərbənddən başlamışdı. Dərbəndlilər öz xanlarının zəif təbiətindən narazı idilər. Onlar gizlicə Fətəli xanla əlaqə saxladılar. Fətəli xan da onlara yardım edərək Dərbəndi aldı".

Ayrı-ayrı sənədlər və onun müasirləri olan tarixçilər şahidlik verir ki, Fətəli xan hakimiyyəti saxlamaq üçün ilk növbədə güclü qoşun yaratmışdı. Müharibədə könüllülərdən, partizan dəstələrindən və birləşmiş nizami qoşun dəstələrindən daha çox istifadə olunurdu.

Müasirləri Fətəli xanı mahir və istedadlı dövlət xadimi kimi xarakterizə edirlər. Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov yazır ki, Fətəli xan öz ağlı, səxavəti və bacarığı nəticəsində yüksəlmişdi. O, hakimiyyət başına keçəndən sonra ağıllı və çalışqan hakim olduğunu göstərdi; bütün ətrafindakı adamları özünə cəlb etdi, düşmənlərinin fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətdən çıxa bildi.

Azərbaycan hərb tarixində igid sərkərdə kimi xatırlanan Fətəli xan 1789-ci ildə vəfat etmişdir.


Tarix: 10.01.2015 / 16:59 Müəllif: Feriska Baxılıb: 91 Bölmə: Azərbaycan xanlıqları
loading...