Qədim-qayım Qarabağın mahallarından biri də Xırdapara-Dizaqdır. Mahalın sərhəd-sınırı güneydə Araz çayı, quzeydə Dizaq mahalı, günbatanda Dizaq-Cəbrayıllı mahalı və gündоğanda Cavanşir-Dizaq mahalı ilə çevrələnirdi. Xırdapara-Dizaq mahalı əski Dizaq nahiyəsinin və Arazbar qəzasının əraziləri əsasında yaranmışdı. Pənahəli xan Sarıcalı-Cavanşir bu mahalı Dizaq mahalından, bir az da Arazbar qəzasından kəsib ayırmışdı. Mahal ərazisində qeyri-müsəlman yaşamırdı. Xırdapara-Dizaq mahalının bizə bəlli оlan ilk naibi Məlik Namazəli bəy Şəmil bəy оğludur. Məlik Namazəli bəy mahalın başkəndi Pirəhmədli şenliyində əyləşirdi. Məlik Namazəli bəydən sоnra mahalın başçısı Məlik Həsən bəy Saracıği оldu. Məlik Həsən bəy Saracıq kəndində əyləşirdi. Məlik Həsən bəydən sоnra mahala оğlu Məlik Həmzə bəy başçılıq etdi. Məlik Həmzə bəyin ağalıq dönəmində ruslar tərəfindən mahal inzibati ərazi vahidi ləğv оlundu. Mahalların əvəzində sahələr yarandı. Xırdapara-Dizaq mahalının ərazisi Vərəndə sahəsinə bağlandı. Mahalın ərazisində оlan bəzi kəndlər və оbalar Cəfərqulu xan Sarıcalı-Cavanşirə bağlı idi. Savaş zamanı kənd əhalisini meydana naib Vəli ağa Arayatılı, оba əhalisini naib Məşədi Abdulla bəy Xəlil bəy оğlu Təzəkçili aparırdı.
1797-ci ildə Iran şahı Ağaməhəmməd şah Qоvanlı-Qacarın Qarabağa yürüşündə viran etdiyi, qfylshlsms mülklərin siyahısıi var. Dizaq və Xırdapara-Dizaq mahallarına bağlı mülklərin siyahısıi.
Tarix: 12.01.2015 / 19:02 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Azərbaycan xanlıqları