Xanlığın yaranma tarixi
1747-ci ildə may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı. Bu dövrdə yaranan xanlıqlardan biri də Talış xanlığı idi. Xanlığın ərazisi demək olar ki, Azərbaycan Respulikasının indiki Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı rayonlarının ərazilərini və indiki İranın Gilan ostanının Astara və Həştpər (hazırda Taleş adlanır) bölgələrini əhatə edirdi.
Sərhədləri təxminən şimaldan Bolqarçayın, şərqdən Kür çayının mənsəbinədək Xəzər dənizinə, cənubdan və qərbdən İran sərhədlərinə qədər bir ərazini əhatə edirdi. Belə ki, Talış xanlığı şimal-şərqdə Quba xanlığına tabe olan Salyan sultanlığı ilə, şimalda ərazisi sonradan Şamaxı xanlığı ilə Qarabağ xanlığı arasında bölüşdürülmüş Cavad xanlığı ilə, şimal-qərbdə Qaradağ xanlığı ilə, qərbdə Ərdəbil xanlığı ilə, cənubda isə Gilan xanlığı ilə həmsərhəd idi.
Talış xanlığının mərkəzi əvvəlcə Qızılağac kəndi, sonra Astara şəhəri, sonda isə Lənkəran şəhəri olmuşdur.
Tarix: 13.01.2015 / 01:56 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Azərbaycan xanlıqları