Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan və turistlərin burdan keçərkən ayaq saxlayıb xarici elm adamlarıyla söhbət, müzakirələr aparmaqdan zövq aldığı bu cazibədar məkan karvan yollarının kəsişdiyi bir ərazidə yerləşir. Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi mülahizələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını eramızdan əvvəl, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər. Hətta 1940-cı illərdə aparılan arxeoloji qazıntılar da bu nəticəyə gəlmiş və burada eramızdan əvvələ aid yaşayış məskənləri aşkar etmişlər. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etmək lazımdır. Gəncə ölkəmizin digər şəhərləri (Qəbələ, Naxçıvan, Şəki, Şamaxı) kimi gözəl coğrafi mənzərəyə sahib olan yaşayış məskəni olub tədricən şəhər kimi formalaşmışdır.
Cömərd Qəssab Məqbərəsi Gəncənin tarixi vəsiqəsi sayıla bilər. Cömərd Qəssab dördüncü xəlifə Əli ibn Əbu Talibin (656-661) hakimiyyəti dövründə yaşamış və özünün qanun tərəfdarı olması və düzlük, doğruluğu ilə seçilmişdir. Şəhər əhlinin bütlərə inandığı bir dövrdə o gizlicə olaraq İslamı qəbul etmişdi. Öz inancını gizli olaraq dəyişdirmə halları o zaman yəni VII əsrdə olan ciddi siyasi hakimiyyətin və ruhanilərin Gəncənin idarəçiliyində olan ciddi səlahiyyətlərə sahib olduğunun nümunəsidir. VII əsrin birinci yarısında Gəncə iranlılar tərəfindən, ikinci yarısında isə ərəblər tərəfindən dağıdılmışdır. VII əsrin axırlarında isə Gəncə ərəblərlə xəzərlərin döyüş meydanına çevrilmişdir. Bütün bu hadisələrin VII əsrin əvvəllərində və ümumiyyətlə VII əsr boyunca baş verdiyi "Dərbəndnamə" əsərində təsvir edilib. Azərbaycanın ərazisi aramsız olaraq bir-birinin ardınca olan hücumlara məruz qalmış və əlbətdə ki bunun bariz nəticəsi olaraq Gəncə şəhəri də bu basqınlardan ziyan görmüş və dağıntılara məruz qalmışdır.
Aran xanlığının mərkəzi olan Bərdədən sonra Gəncə beynəlxalq ticarətdə mühüm rollardan birini oynamış və karvanların tez-tez keçdiyi və qaldığı yerlərdən biri olmuşdur. O zamanlarda pul vahidi olaraq ərəb dinarları və dirhəmlər istifadə edilirdi.
X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başladı. Şəhərin həyatında ticarət və incəsənət vacib faktorlardan birinə çevrildi. Burda incəsənətin inkişafı üçün hər cür şərait mövcud idi. Dəmir, Mis, alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdilər. Gəncə paytaxt olma yolunda xüsusi diqqəti hərbi qüvvəsinin qücləndirilməsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları tikilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi.
IX-X əsrlərdə Ərəb xilafətinin zəiflədiyi bir dövrdə Azərbaycanda Şirvanşahlar, Şəddadilər, Salarilər və Rəvvadilər müstəqil feodal dövlətləri yaranmağa başladı. X əsrin ortalarında Gəncə şəhəri Salarilərin hakimiyyəti altında olmuşdur. Daha sonra isə Şəddadilərin paytaxt şəhəri olmuşdur.
I Fəzlunun (895-1030) hökmranlığı dövründə Gəncə ən güclü dövrlərini yaşamışdır. Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim məşhur Gəncə darvazalarını tikdi. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi. Yeni ticari zonaları tikilməyə başladı. İpək və ipək məmulatları nəinki yerli həmçinin xarici alıcıların da rəğbətini qazandı. Gəncə həm də dini mərkəz sayıla bilərdi. Belə ki, Alban katolikosu mərkəzi Bərdədən Gəncəyə köçmüşdü. Qətran Təbrizi o dövrləri belə qələmə almışdı: "İndi Gəncə sanki Cənnəti xatırladır". XI əsrin ortalarında Azərbaycan Səlcuqların işğalına məruz qalmışdı. Təbrizi tutduqdan sonra I Toğrul (1038-1068) 1054-cü ildə qoşunlarını Gəncə istiqamətində hərəkət elətdirdi. Gəncə hakimi Şavir I Toğrulun vassalı olmağa öz razılığını verdi. Şavir I Toğrula bahalı hədiyyə verərək onun şərəfinə xütbə oxutdurdu.
Səlcuqların aramsız basqınları XI əsrin ortalarında Şəddadi hökmdarı III Fəzlunu göstərilən müqavimətin yetərsiz olduğunu görərək gec də olsa təslim olmağa qərar verdi və münasib bir şəraiti gözləyərək yenidən hakimiyyətə gəldi. 1086-cı ildə Səlcuq hökmdarı Məlik şah (1072-1092) öz ordu başçısını, Bugayı Gəncəyə göndərdi. Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular. Döyüşdə Gəncə hökmdarı III Fəzlunu əsir götürdülər və bununla da 100 ildən artıq hakimiyyətdə olan Şəddadilər sülaləsinin hökmranlığına son verildi. Məlik şah Gəncə hakimi kimi öz oğlu olan Qiyas əd-din Taparı təyin etdi. Qiyas əd-din Məhəmməd Tapar (1105-1117) sultan seçildikdən sonra belə Gəncənin Səlcuq hökmdarı olaraq qaldı. XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə Gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir.
Gəncə ilə əlaqəli digər bir hadisə isə bu dövrlərdə (25 sentyabr 1139-cu ildə) burda baş vermiş güclü zəlzələdir. Kirakos Gandzaketsi yazırdı "Dağların başını bulud və duman bürümüşdü və Gəncə qorxulu, dəhşətli zəlzələyə qərq olmuşdu. Gəncə dağılmışdı və ... ". Zəlzələnin nəticəsi olaraq Kəpəz dağı uçmuş və dağın ətəyindən keçən çayın qarşısını kəsərək hamımızın yaxşı bildiyi bir gölün yaranmasıyla nəticələndi. Bu Göy göl idi. Hal hazırda bu göl mövcud olmasıyla bərabər Azərbaycanın ən mənzərəli, gözəl təbiətli məkanlarından biri kimi tanınır. Lakin müəllif bu zəlzələ nəticəsində yaranmış öz gözəlliyi və valehediciliyi ilə seçilən digər gölləri — Maralgöl, Ceyran göl, Ördək göl, Zalugölü, Ağg öl, Qaragöl, Şamlıgöl kimi təbiətimizin inciləri olan bu gölləri qeyd etməyi unutmuşdur. Şəhərin məruz qaldığı dağıntılar səbəbiylə zəiflədiyi bir dövrdə qonşu Gürcü feodalları fürsətdən istifadə edərək bura basqınlar etmiş və Gəncəni çapıb, talamış, Gəncə Darvazalarını oğurlayıb aparmışlar. Azərbaycan tarixinin nümunəsi olan bu abidənin qalıqları qeyri sərfəli şəraitin mövcudluğu və nəzarətsizlik ucbatından hal hazırda Gürcüstan Respublikasının kilsəsi olan Gelat kilsəsinin həyətində yerləşir. Gəncə Səlcuq Türklərinə məğlub olana yəni XI əsrə qədər Qafqaz Alban xristianlığının mərkəzi olmuşdur. Şəhər 1139-cu ildə zəlzələ nəticəsində 5 ci əsrdə yaranmış orjinal şəhər dağılmış və XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilmişdir.
Uzun sürən daxili feodal çəkişmələrinin nəticəsində Səlcuq dövləti xeyli zəiflədi. Səlcuq dövləti yerli feodalların güclənməsi üçün şərait yaradaraq yeni xırda dövlətlərin yaranmasına təkan verdi. Onlardan biri Şəmsəddin Eldəniz tərəfindən yaradılmış Atabəylər dövləti idi. Gəncə Arranda yerləşən bu dövlətin bir hissəsinə çevrildi. XII-XIII əsrlərin əvvələrini Gəncə üçün çiçəklənmə dövrü adlandırmaq düzgün olardı. Atabəylər dövlətinin ikinci mərkəzi, paytaxtı olan Gəncə istehsal etdiyi məhsullarla nəinki ölkə daxilində, həm də ölkə xaricində böyük şöhrət qazanmış və "Arran şəhərlərinin anası" səviyyəsinə qədər ucalmışdı. Gəncə ipəyi istehsal edən müəssisə qonşu ölkələr və Orta Şərq bazarlarında böyük rəğbət qazanmışdı.
Gəncədə kənd təsərrüfatı, əkinçilik və malqaraçılıq incəsənətlə paralel olaraq geniş miqyasda inkişaf edirdi. Müəllifi naməlum olan "Əcaib əd-dünya" əsərində Arranın paytaxt şəhəri olan varlı və inkişaf etmiş Gəncə şəhərinin hündür və möhkəm qala divarlarıyla əhatə olunduğu qeyd edilir. Bütün Gəncə yaşıllığa qərq olmuşdu. Burda müxtəlif növ meyvələr mövcud idi. Atlas, parçalar, pambıq, ipək və digər məhsullar müxtəlif şəhərlərə ixrac edilirdi. Yerli əhali cəsur və hərbi cəhətdən qüvvətli idi.
Bu dövrlərdə Gəncə Azərbaycanın mədəniyyətinin inkişafında vacib rol oynamışdır. Dünya şöhrətli elm və incəsənət əsərlərinə sahib şair və alimlər bu şəhərdə yaşayıb yaratmışlar.
Məshəti Gəncəvi yaradıcılığını qeyd etmək yerinə düşərdi. O zamanının istedadlı, qabiliyyətli şairəsi olub, xalqın və hakimiyyətin rəğbətini qazanmışdır. Azərbaycanın dünya şöhrətli ixtiraçı və qeyri adi istedada sahib şairi Nizami Gəncəvi bu dövrlərdə yaşayıb yaratmışdır. Onun Xəmsəsi dünya ədəbiyyatı xəzinəsinin nadir incilərdən biridir. J.E.Bertels Nizami haqqında "O, sahib olduğu fitri istedad və füsunkar ruhu ilə əbədi olaraq bəşəriyyətin məhəbbətini qazanmışdır".
XIII əsrin əvvəllərində Azərbaycan bir sıra Monqol basqınlara məruz qaldı. Onlar hər yerdə ciddi müqavimətə rast gəlirdilər. Onların 1220-ci ildə Azərbaycana ilk basqını zamanı düşmənə layiqli müqavimət göstərən, o zamanlar güclü olan Gəncəni tuta bilməmişdi. 1225-ci ildə Cəlaləddinin başçılığı altında davam edən basqınlardan sonra, bir birinin ardınca Azərbaycan şəhərləri talanmağa başladı. Bunların arasında Gəncə şəhəri də var idi. Aramsız olaraq sürən basqınların nəticəsində Atabəylər dövləti süquta uğradı. Cəlaləddinin hökmranlığı dövründə yerli əhaliyə qarşı amansız davranılmış və vergilər olduqca yüksəldilmişdi. Bütün bunlar 1231-ci ildə Gəncə əhlinin xarici işğalçılara qarşı qaldırdığı üsyanla (Gəncə üsyanı) nəticələndi. Qiyamlar nəticəsində şəhər hökmdarının sarayı dağılmış, xidmətçiləri öldürülmüş və yerli varlılar bir neçə aylıq olaraq vergilərin ödənilməsinə məcbur edilmişdilər. Üsyan yatırıldı. Üsyanın başçısı Bəndər usta və onun 30 tərəfdaşı həbs edilmiş, daha sonra isə edam edilmişdilər. 1231-ci ildə Gəncə şəhərini mühasirəyə alan Mongollar yerli əhalinin güclü müqavimətinə rast gəldi. Lakin bütün bunlara baxmayaraq işğalçılar Gəncəni zəbt edərək şəhəri darmadağın etmiş və yerli əhalini olmazın işgəncələrə düçar qılmışdılar. Uzun müddət şəhər bərpa edilməmişdi. Gəncənin bərpa edilməsinə yalnız 1235-ci ildə sərəncam verildi.
XIII əsrin ortalarında Azərbaycan Xilafi xan (1256-1265) tərəfindən idarə olunan Xilafətin tərkibinə daxil oldu. XIII əsrin 80-ci illərdə Azərbaycan Əmir Teymurun hücümlarına məruz qaldı. Azərbaycan Teymurla Toxtamış arasında gedən münaqişənin mübarizə sahəsinə çevrildi. Teymurun Gürcüstana etdiyi basqınlar zamanı Gəncə hərbi baza rolunu oynadı. Teymurun Azərbaycana yürüşü fəlakətlə nəticələndi. XVI əsrin əvvəllərində yeni Səfəvilər dövləti yarandı. Gəncə Şah İsmayıl Xətai tərəfindən qurulan bu dövlətin bəylərbəyliyindən biri idi. Sultan Şahverdinin Gəncə bəylərbəyliyinə hökmdar təyin edilməsindən sonra Gəncə və Qarabağda uzun müddətli Qacar tayfasına mənsub yeni Ziyad oğulları sülalənin nümayəndələrinin hökmranlığı dövrü başladı.
Trans Qafqaz məkanında ticarət sahəsində yenidən aparıcı yerlərdən birini tutan Gəncə Rusiya və Yaxın Şərqdəki və Avropadakı ölkələrlə sıx ticarət əlaqələri yartmışdı. Tarixi mənbələrdən birinə əsaslanarsaq o dövrlərdə Gəncənin 225000 əhalisi var idi.
Fərhad Paşa Sultan III Muradın əmri ilə Səfəvilərin əlində qalan Gəncə üzərinə gedir. Gəncə 1 Sentiyabır 1588/9 Şəvval 996 alınır.Gəncə alındıqdan sonra Fərhad Paşa qala inşaasına başlanmasına əmr verir(3 Sentiyabır 1588/11 Şəvval 996). Qala qırx gün kimi qısa bir zamanda 3800 Zira (1 Zira=1 Arşın, Təqribən 71 sm.) uzunluğunda, 10 Zira yüksəkliyinde və 3 Zira qalınlığındaki bu qala tamamlanmıştır. Əsgi bir ibadət yerinin bərpası adtinə uyularaq Səlatini Səbuktəkindən qalma xarab bir cami sürətlə təmir edilmiş və ilk cuma namazı 14 oktyabır 1589/23 Zilqadə 997 tarixində bu camidə qılınaraq Murad bin Səlim adına ilk xutbə oxunmuştur.
Müvəqqəti olaraq hərbi fəaliyyətlərin azalması və ticari əlaqələrin genişlənməsi Gəncənin və digər şəhərlərin iqtisadiyyatının dirçəlməsinə və inkişafına gətirib çıxartdı. Bu dövrlərdə burda olan Türk səyyahı olan Övliya Çələbi Gəncədə hər birinin bağçası olan 6000 dən çox evin olduğu haqqında öz xatirələrində qeyd edirdi. Xüsusilə o Gəncədə ipək sənayesinin inkişafını qeyd edirdi. Osmanlıların Rusiyadan Xəzəryanı ərazilərin alınmasıyla daha çox dağıntılara səbəb oldular. 1723-də Osmanlılar Gəncəni mühasirəyə almış lakin oranı tutmağa nail ola bilməmişdilər.
Gəncə İran tərəfindən dağıdıldı. İran ordususnun başında duran Nadir şah Azərbaycandan Türklərin və Rusların çıxarılmasını və bu ərazilərin İranın əsarəti altında olmasını qarşısına məqsəd qoymuşdu. 1735-ci ildə Gəncə yaxınlığında İran və Rusiya arasında bağlanan müqavilyə əsasən Rusiya hökuməti hərbi qüvvələrini Xəzəryanı ərazilərdən geri çəkdi. Nadir şahın yürütdüyü siyasət əhalinin tamamilə viranına və kasıbçılığın artmasına gətirib çıxartdı. 1747-ci ildə Nadir şahın öldürülməsi xalqın müstəqilliyə doğru ruhlanmasına və nəticədə müstəqil feodal dövlətlərinin –xanlıqların yaranmasıyla başa çatdı. XVIII əsrin ortalarında Gəncə xanlığı yarandı. Ziyadoğlulları sülaləsinin nümayəndəsi olan, uzun müddət Gəncəni idarə edən Şaxverdi xan(1740-1756) Gəncənin xanı oldu. XVIII əsrin 80-ci illərində Cavad xanın hakimiyyəti dövründə Gəncə gücləndi. O, müstəqil xarici siyasətə üstünlük verirdi. Gəncə xanlığının öz şəxsi pul vahidi mövcud idi.
Tarix: 08.01.2015 / 16:23 Müəllif: Feriska Baxılıb: 321 Bölmə: Azərbaycan paytaxtları