Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SS

SS (alm. Schutzstaffel - qoruma eskadrası) - 1933-1945-ci illər ərzində Adolf Hitlerin mühafizəçiliyi etmək üçün hazırlanan təhlükəsizlik təşkilatıdır. İlk dəfə qurularkən polis təşkilatı olmuşdur. Bir müddət keçdikdən sonra Henrix Himmler bütün polis təşkilatlarını SS-in idarəsi altında saldı. İlk dəfə əsası Yulius Şrek tərəfindən 1925-ci ildə qoyulmuşdur.
Tarix
Mart ayı 1923-cü il tarixində Emil Moris və Berxtold Münhendə Herman Erhardtın briqadasına daxil olan "Fırtına ordusu"dan Milli Sosialist Alman Fəhlə Partiyasının əsasını qoyan Adolf Hitler üçün xüsusi təyinatlı "Ştab gözətçisi" (alm. Stabswache) adlı təhlükəsizlik təşkilatı yaradır. Onların papaqlarında təsvir olunan "Ölüm kəlləsi" şəkli ordunun füreri bütün daxili qoşunlarından qoruyacağını bildirir. May ayında 1923-cü ildə Erhardt Hitler ilə münasibətini kəsir və adamlarını "Ştab gözətçisi"ndən çıxarır. 5 mart 1923-cü il tarixində Yulius Şrek "Adolf Hitlerin zərbə ordusu" (alm. Stosstrupp Adolf Hitler) adında bir neçə on nəfərdən ibarət təhlükəsizlik təşkilatı yaradır. 1923-cü ildə Adolf Hitlerin rəhbərliyi altında baş vermiş Pivə qiyamından sonra Milli Sosialist Alman Fəhlə Partiyası ləğv edilmiş və Adolf Hitler həbs edilmişdir. Bu hadisədən sonra "Adolf Hitlerin zərbə ordusu" fəaliyyətini dayandırır.

Adolf Hitlerin azad olunmasından sonra 5 aprel 1925-ci il tarixində onun şəxsi sürücüsü olmuş "Adolf Hitlerin zərbə ordusu"nun veteranı Yulius Şrekə Milli Sosialist Alman Fəhlə Partiyası üçün yeni təhlükəsizlik təşkilatı yaratmağı əmr verir. Yulius Şrek əmrə tabe olaraq keçmiş "Adolf Hitlerin zərbə ordusu"ndan nəfərləri yeni ordu üçün yığmağa başlayır. Onlardan tapılmış 8 nəfər yeni orduda xidmət etməyə raazı olur. Yeni yaradılmış xüsusi təyinatlı təhlükəsizlik təşkilatının adı "Qoruma komandası" (alm. Schutzkommando) olur. Sonradan Vilhelm Herinqin təklifi ilə təşkilatın adı "SS" (alm. die SS qoyuldu. Orduda xidmət edənlər isə "SS-dən gələn başkəsənlər" adlanırdı. Xidmət edənlərin çox hissəsi isə cinayətkarlardan ibarət idi. 9 noyabr 1925-ci ildə təhlükəsizlik təşkilatının rəsmi adı "Alman Nasional Sosialist Fəhlə Partiyası SS" (alm. die SS der NSDAP olur.

1933-cü ildə ilk dəfə olaraq SS üçün fırtına SS-in Şturmhauptfüreri Valter Hek tərəfindən 2,5 alman markası əvəzində xüsusi iki işarəli emblem yaradılır. Emblemin üzərindəki yazılan işarələr ildırımı xatırladırdı.


Tarix: 27.02.2015 / 17:14 Müəllif: Feriska Baxılıb: 285 Bölmə: Almaniya tarixi
loading...