Qezeller → "Fəğan ki, künhi-qəmi-can bilinmədi, qaldı"
Fəğan ki, künhi-qəmi-can bilinmədi, qaldı,
Təvəqqei-dili-nalan bilinmədi, qaldı.
Simati-dəhrdə hər kəs nəsibini buldu,
Nəsibi-zümreyi-rindan bilinmədi, qaldı.
Cəfayi-firqəti-canan bilindi muybəmu,
Səfayi-vəsl-kamakan bilinmədi, qaldı.
Cahanda hər mərəzə bir əlac olub peyda,
Fəraq dərdinə dərman bilinmədi, qaldı.
Kitabi-eşqdə dərki-üqul əcz bulub,
Həzar nükteyi-pünhan bilinmədi, qaldı.
Bilindi qisseyi-aləm, səbahi-həşr oldu,
Hekayəti-şəbi-hicran bilinmədi, qaldı.
Kimin əsiri, kimin namuradiyəm, Hakam,
Nədir bu etdiyim əfğan bilinmədi, qaldı. Ardı »