Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qezeller"Eşqim gülü gülyazdı, əlvanlığı min nazdı"

Eşqim gülü gülyazdı, əlvanlığı min nazdı,
Meylim sənə həmrazdı, həmrazi-sərəfrazdı.

Sevda xəyalın adət eylər bu könül halət,
Vüslətli məramiyyət yoxdur, ya da ki, azdı.

Könlüm qəmi karvannan, keçmiş yolu hicrandan,
Almış canı canandan, sanmış günü pərvazdı.

Hicran zəfərin çalmış, naləm qəmə zil xalmış,
Vəslin közü allanmış, odlar yenə fəyyazdı.

Bəxtim nə yaman yatdı, röyama zəhər qatdı,
Ümmanda ümid batdı, səhrada güman azdı.

Ahda nə güzarlar var, bilməz belə səyyahlar,
Çəkdim neçə min ahlar, dərgah da birin yazdı.

Göylər dedi dildarə, çək Mahcamalı darə,
Sənsiz o məhiparə yox çarəsi, nasazdı. Ardı »

QezellerO qarə zülfün əlindən bəlalıdır könlüm

O qarə zülfün əlindən bəlalıdır könlüm

O qarə zülfün əlindən bəlalıdır könlüm,
Batıb qəmə, elə bil ki, əzalıdır könlüm.

Bu eşq aləminin bilmirəm nədir sirri,
Əsiri-eşq olalı laübalıdır könlüm.

Görəndə sevgilisini qönçə, gül kimi qızarır,
Əbədi bir qıza bənzər, həyalıdır könlüm.

Ölüncə çəkməz əlin nazənin nigarından,
Rəqibə hərgiz inanmaz, vəfalıdır könlüm.

Fələk o zülmü mənə etməyib, rəqib etdi,
Yazılsa dərdü qəmim, macəralıdır könlüm.

Şikəstə ney kimi yarından ayrılan gündən,
Həvayə həmdəm olub, san yaralıdır könlüm.

Mənim də dərdimi, Vahid, deməzsən ol şuxə,
Deyəndə qanə dönər, iddialıdır könlüm. Ardı »

Qezeller"Gətirib naleyi-zarım özümü zarə təbib"

Gətirib naleyi-zarım özümü zarə təbib
Rəhm elə dərdlilərin dərdinə qıl çarə təbib

Canda dərdin kök atıb, şaxələnib, bar verdi
Yoxdu bir kimsə çıxarsun onu bazarə təbib

Məni heç kimsə eşitmək belə fikrində deyil
Düşmüşəm bax bu səbəbdən yaman azarə təbib

Sən sağaldan yaralardan deyil əsla iş tap
Özünü yorma sağalmaz daha bu yarə təbib

Oturub yalvarıram ki mənə qoy rəhm eləsin
Allahım rəhm eləyər mən kimi dindarə təbib

Eldə bir zərbi-məsəl var bunu hər kəs eşidib
Günümüz qarə olubdur tikəmiz parə təbib

Bəsdi Salman təbibin imkanı olsaydı əyər
Özünə çarə edərdi demə biçarə təbib. Ardı »

Qezeller"Dilbəra,sevmək məni yan eyləməkdən yaxşıdır"

Dilbəra,sevmək məni yan eyləməkdən yaxşıdır
Sev ki,sevda,qəlbi viran eyləməkdən yaxşıdır.


Məncə ey zalım fələk,səbr eyləyən aşiqləri
Bəxtiyar etmək,peşiman eyləməkdən yaxşıdır


Kaş küləklər eyləyə halın pərişan aşiqin.
Zülfünü yarın pərişan eyləməkdən yaxşıdır.


Ta görüncə bir vəfalı,aclıq elan eyləmək
Bivəfaya eşqi elan eyləməkdən yaxşıdır.


Kim məgər ah eyləyib yetmiş ki vəslə,ey könül
Hicrə susmaq,məncə əfqan eyləməkdən yaxşıdır


Tərk edib zalımlığı bir xoş kəlam lütf eyləmək
Məzlumun qəlbin nigaran eyləməkdən yaxşıdır.


Şəninə layiq deyilsə Pərvizin sözləri,de
Lal dayanmaq,bunca nöqsan eyləməkdən yaxşıdır.
Pərviz Arif Ardı »

QezellerSonradan

Bilmem ne dedi egyar o canane sonradan.
Canan iken oldu mene bigane sonradan.
Yoxsa meni terk etmezdi nazli nigarim.
Uydurdu adimnan reqib efsane sonradan.
Men yandim ezel wami seher ewq oduna
atdi özünü atewlere pervane sonradan.
Men severken yox idi bir nefer awiq
mecnun sevib oldu divane sonradan.
Bül bül cata bilmez mene efqan elemeyde
oda baxdi mene geldi efqane sonradan.
Sagiyken BABA az verilir waire qiymet
ölsön yayilir wöhretin her yane sonradam. Ardı »

Qezeller" Qurdu fələk min cürə əngəl bizə " qəzəli

Qurdu fələk min cürə əngəl bizə,
Ömr olub addımbaşı cəncəl bizə.

Yaxşılıq etdik nə qədər insana,
Tutmadı hərçənd biri əl bizə.

Tənə vurur başımıza hər yetən,
Qibtə edərdi görən əvvəl bizə.

Bilmədilər qədrimizi köhnələr,
Bəlkə qoyar tazələr heykəl bizə.

Bir belə Yasin ki, fəqan eylədik,
Qaldı fələklər də məəttəl bizə. Ardı »

Qezeller"Qədər"

Üzün hədisini dün söylədim bir ayə qədər,
Görək ki, şərhini vaiz bilir bir ayə qədər?

Səfayi-Kəbeyi-kuyin taparmı şeyxi-hərəm,
Əgər yüz il yügürə Mərvdən Səfayə qədər.

Dedim: visalın üçün çox dualar eyləmişəm,
Dedi: çatıbdı sənə etdigin duayə qədər.

Dünənki gün də gün idi, bu gün də bir gündür,
Vəli təfavütü var ərzdən səmayə qədər.

Bu qədr Seyyidə cövr etmə, ey məlaikxu,
Fəda olum sənə, ölməzmi bu cəfayə, qədər? Ardı »

Qezeller" Açmış gözəlim sanki qızılgül yanağında " qəzəli

“Açmış gözəlim sanki qızılgül yanağında,*
Can dərmanı gizlənmiş o yaqut dodağında.”

Onsuz da məni yandırır eşqin odu, ey gül,
Yandırma məni sən dəxi hicran ocağında.

Nazın eləyib qəlbimi dil-dil, gözəlim bil,
Canım əriyir yağ kimi hüsnün çırağında.

Könlüm bulağından süzülən söz kitab oldu,
Səndən yazılıb, arxayın ol, hər varağında.

Aldanma rəqibə ki, deyil eşq ilə məhrəm,
Xar eyləmə gəl sən məni əğyar qabağında.

Bir dəm belə əl çəkmərəm, ey yar, yolumdan,
Dünyanı dolansam da vüsalın sorağında.

Yasin qalacaq daima öz əhdinə sadiq,
Bir ömr düşüb qalsa da həsrət qucağında. Ardı »