Qezeller → "Sənsiz, ey mah, nə günüm gün, nə ayım ay olur"
Sənsiz, ey məh, nə günüm gün, nə ayım ay olur,
Süzülür göz yaşım hicrində axıb çay olur.
Gecə-gündüz səni izlərsə də yetmir, alışır,
O səbəbdən günü göylərdə Günün vay olur.
Qönçə bəhs bəstə dəhan ilə qılıb,-qıldı qələt,
Ki, açar-açmaz üzərlər, ya solub zay olur.
Başımın qarı səni, ey gül, üşütmüşsə əgər,
Bas qədəm könlümə orda əbədən yay olur.
Sanma göz-qaş ilə olmaz daha əqlim başdan,
Bir nəzər sal, iki ox at, üçəcən say,olur.
Atəşi-ahimi söndürdüm ürək qanım ilə,
Bəs onun tüstüsüdür ərşdə lay-lay olur.
Bizəban,- hicr odu, - qəm çəkmə əritmiş canın,
Vəslə can at sənə orda yenə can pay olur. Ardı »