Şorbalar ve Helimler → Bədəvi şorbası
Tərkibi:
0,5 st. mərcimək
0,5 st. perlova
2-3 baş soğan
300 ml qatıq
150 ml xama
3 x.q. kərə yağı
2,5 st. un
1 x.q. qarğıdalı nişastası
duz
istiot
Hazırlanması:
Ayrı-ayrılıqda perlovanı, mərciməyi qaynadın. Əgər çox bişərlərsə, qorxulu deyil.
Bitki yağında xırda doğranmış soğanı qızardın.
Nişastanı 0,5 st. soyuq suda əridin.
Qazana qatıq tökün, xama, suda əridilmiş nişasta, 2 st. su əlavə edib yaxşıca qarışdırın.
Perlova, mərcimək, qovrulmuş soğanı əlavə edin. Qaynayanda ocağı azaldıb qarışdıraraq daha 15 dəqiqə bişirin.
Duz və istiot əlavə edin.
Süfrəyə tərəvəzlərlə verə bilərsiniz. Ardı »