Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şorbalar ve HelimlerƏtli əriştə

Ləvazimatlar

Can əti – 300 q

Baş soğan – 2 ədəd

Un – 100 q

Alça – 3-4 ədəd

Kərə yağı – 150 q

Zəfəran – 2-3 q

Duz, istiot

Hazırlanma qaydası


1.Tikələrə bölünmüş ət bir baş soğanla ətçəkən maşınından keçirilir.
2.Ət qarışığına duz, istiot və 50 q un əlavə edilib qarışdırılır.
3.Ət farşı kiçik porsiyalara bölünüb una batırılır və samanvari formaya salınır.
4.Duz əlavə olunmuş su qazanda qaynadılır.
5.Baş soğan sürtgəcdən keçirilir və 100 q yağda qızardılır, zəfəran əlavə olunur.
6.Qaynayan suya ət küftəcikləri və qızarmış zəfəranlı soğan əlavə edilir.
7.Ət bişənə yaxın alça, duz və istiot əlavə olunur.
8.Hazır şorbanın üzərinə quru nanə səpilir. Ardı »

Şorbalar ve HelimlerToyuq Şorbası

Parçalanmış toyuq

Qirdə düyü

Quru alça

Zəfəran

Noxud

Şüyüd

Keşniş


Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Toyuq yağlı yaxşıdır. Toyuqu yaxşı yuyun, çoxlu miqdarda suda bişirin, sonra bulyondan çixarın, bulyonu isə başqa bir qazana süzün. Bulyonu qaynadın, 4.5 saplaq zəfəran əlavə edin, sonra quru alça, düyü. Düyü bir qədər olmalıdır ki, şorba həlimli olsun. Hamı bir yerdə bişsin və sonra noxudu əlavə edin, 5-10 dəqiqə bişsin. Düyü bişibsə, deməli şorba hazırdır.

Şorba dərin boşqablara tökülür və üstünə xırda doğranılmış göyərti əlavə olunur.

Nuş olsun! Ardı »

Şorbalar ve HelimlerKartoflu ispanaqlı şorba

Kartoflu ispanaqlı şorba

MATERİAL SİYAHISI:

3 kartof
2 xörək qaşığı un
1 dəstə ispanaq yarpağı
1 soğan
2 diş sarımsaq
2 xörək qaşığı qatıq
Duru yağ
Duz
Su

ÜZƏRİ ÜÇÜN:

1 xörək qaşığı kərə yağı
Toz qırmızı istiot

İÇİ:

Kartofları soyuruq və küp doğrayırıq. Soğanı və sarımsaqları yeməli doğrayırıq. Qazana duru yağ tökürük. Soğan və sarımsağı qovururuq. Sonra kartofu əlavə edirik və qovurmaya davam edirik. İsti suyunu veririk və kartofu bişiririk. Duzunu atırıq. Kartof bişəndə əl blendırından keçirərək püre halına gətiririk. Ayrı bir kasaya qatıq və unu qoyuruq. Soyuq su da qoyuruq, çırpma teliylə qarışdırırıq. İsti suyu yavaş-yavaş əlavə Ardı »

Şorbalar ve HelimlerZəncəfilli Kartof Şorbası

MATERİAL SİYAHISI:

2 kartof
1 soğan
1 qırmızı istiot
1 çimdik zəncəfil
2 şorba k. Kərə yağı
3 şorba k. Un
1 su b. Süd
Zeytun yağı
Duz
Su

İÇİ:

Soğanı, kartofları və qırmızı bibəri xırda kub şəklində doğrayırıq. Qazana zeytun yağı tökürük və soğanı qovurmaya başlayırıq. Kartofu da qoyub istiləşəndən sonra qırmızı istiotu əlavə edirik və qovururuq. İsti suyunu veririk və qapağını bağlayıb bişməyə qoyuruq. Digər qazana kərə yağını qoyuruq və unu əlavə edib çırpma teliylə qarışdırırıq.

Unun iyi çıxana qədər qovururuq. Soyuq südü tökürük və çırpma teliylə sürətli qarışdırırıq. Pörtmüş tərəvəzləri, suyla birlikdə bişmiş olan Ardı »

Şorbalar ve HelimlerDOVĞA

Qoyun əti – 108 q,

baş soğan – 15 q,

noxud – 15 q,

qatıq – 200 q,

xama – 40 q,

yumurta – 1/3 q əd.,

un – 8 q,

düyü – 20 q,

göy soğan – 18 q,

ispanaq – 40 q,

keşniş – şüyüd,

kəvər – 30 q,

nanə - 15 q,

kərəviz – 10 q,

istiot,

duz,

darçın.


Dovğa hazırlamaq üçün qatıq və xama un ilə çalınır, üzərinə yumurta və düyü əlavə edilir. Qatıq çürüməsin deyə, kütləni arası kəsilmədən bir qaydada bulaya – bulaya qızdırırlar. Qaynadıqdan sonra üzərinə narın doğranmış göyərti və düz töküb hazır olana qədər Ardı »

Şorbalar ve HelimlerTərəvəz şorbası (Uşaqlar üçün)

Vəsaitlər:
Düyü
Yaşıl mərci
Brokoli
Kərəviz
Kök
Kartof
İspanaq
Qırmızı mərci
Balqabaq
1 yemək qaşığı tamat
Az duz, nanə, bolca su

Hazırlanması:
Bir qazanda soğan qırmızı rəng alana qədər qovrulur. Ardından tamat əlavə edin. Yuyulmuş, doğranmış bütün tərəvəzlər də əlavə olunur. Qarışdırılır və qazanınızın bişirmə xüsusiyyətinə görə su əlavə olunar. Qaynadıqdan sonra 45 dəqiqə zəif qazda bişirilir.

Nuş olsun! Ardı »

Şorbalar ve HelimlerQıymalı mərcimək şorbası resepti

Tərkibi:
1,5 su stəkanı qırmızı mərcimək
1 ədəd quru soğan
2 Diş sarımsaq
1 Ədəd kartof
1 Ədəd kök
50 qr qıyma
Duz, qara bibər, pul bibər
1/2 yemək qaşığı tomat
2 yemək qaşığı fındıq yağı
1-1,5 lt Su

Hazırlanması:
Bir qazana qıymanı alıb, suyu quruyana qədər qovururuq.
Soğanları və sarımsaqları yeməklik doğrayıb qıymaya əlavə edirik.
Qovrulan soğanlara doğradığımız kök və kartof, mərciməyi və tomatı əlavə edirik.
1-2 dəqiqə ocaqda çevirdikdən sonra suyunu əlavə edib, qazanın qapağını bağlayırıq.
15 dəqiqə sonra bişən şorbanı blendirdən keçirib, servis edə bilərsiniz.

Nuş olsun! Ardı »

Şorbalar ve HelimlerLobyalı dovğa

Xammalların miqdarı dovğadakı kimidir. Əlavə olaraq hər paya 100 q göy lobya götürülür.
Lobya təmizlənir, bir qədər iri doğranıb azacıq su və duz əlavə edilərək öz buğunda bişirilir.
Dovğa qaynara düşəndə ona qarışdırılır.
Lobyalı dovğa süfrəyə həm isti, həm də soyuq halda verilə bilər. Ardı »