Şorbalar ve Helimler → Xəmiraşi (əriştə)
Xəmir
Un
1 yumurta
Su
Duz
Əriştəni və bulyonu hazırlayın, bir ovuc “bül-bül göz, qara göz” lobya bişirin.
Əgər bulyon toyuqdandırsa, onda xəmraşida toyuq tikələri olmalıdır. Toyuq bişəndən sonra onu sümükdən ayırın və parçalara xırdalayın. Bulyonu qaynadın və qaynayan kimi 5-6 saplaq zə`fəran atın. 3 dəqiqə qaynadıqdan sonra əriştəni əlavə edin. Adi şorba ilə müqayisədə əriştə daha çox olmalıdır, ancaq o dərəcədə yox ki, bulyonu tamamilə özünə çəksin. Mən bir toyuğun bulyonuna 4-5 porsiya hazır əriştəni (şəkildəki kimi) əlavə edirəm. Əriştə bişən kimi, toyuğu və lobyanı bulyona qatın. Şorba hazırdır.
Süfrəyə xəmraşı isti verilir və üstünə mütləq quru nanə tökülür.
Orijinal xəmraşını, qeyd etdiyim kimi, xirda küftəciklərlə hazyrlayırlar. Süfrəyə Ardı »