Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şorbalar ve HelimlerBalqabaqlı şorba resepti,,

Tərkibi:
3 ədəd orta ölçülü balqabaq
1 ədəd orta ölçülü soğan
2 x.q duru yağ
2 ədəd pomidor
Yarım çay stəkanı düyü
5 su stəkanı isti su
1 çimdik duz və nanə

Hazırlanması:
Rəndələnmiş soğanı və duru yağı bir qazana əlavə edin. Az odda 1-2 dəqiqə qarışdırın. Qabıqları soyulmuş və rəndələnilmiş balqabağı əlavə edib, qarışdırın. Rəndələnilmiş pomidor, düyü və isti suyu əlavə edib, qaynamağa buraxın. Su qaynadıqdan sonra ocağın altını azaldın və düyü yumşalana qədər bişirin. Daha sonra ocağın altını bağlayıb, duz və nanə əlavə edin. 2- 3 dəqiqə gözlətdikdən sonra isti olaraq servis edin.

Nuş olsun! Ardı »

Şorbalar ve HelimlerKapitan Şorbası

Vəsaitlər:
1/2 kq qoyun əti,
1-2 baş soğan,
1/2 ədəd kök,
1 kiçikbaş kərəviz,
1 çay stəkanı noxud,
1/2 çay stəkanı düyü,
15-20 ədəd incə çubuq makaron,
1 şorba qaşığı yağ,
1/2 şorba qaşığı pomidor püresi,
1/2 dəstə cəfəri, qara bibər, duz

Hazırlanması
Əti, sümüklü olaraq quşbaşı doğrayıb qazana qoyun.
Kökləri dilimlənin.
Kərəvizi dördə bölün.
Soğanları azca-azca doğrayın.
Kök, kərəviz və soğanlan ətin üstünə qoyun.
Yağı əlavə edərək yüngül atəşdə bişirməyə başlayın.
Ətin suyu çəkilincə (arada qarışdırın) içinə unu və pomidor püresini qoyun və bir dəfə çevirin.
15 stəkan suyu əlavə edin.
Bundan sonra yuyunmuş düyü, qaynadılmış quru paxla və noxudu şorbaya atın.
Əti, sümüklərindən asanca ayrılacaq hala gələnə qədər bişirin. Ardı »

Şorbalar ve HelimlerMəxməri şorba

Tərkibi:

2 qabaq
2 x.q. kərə yağı
1 baş soğan
1 diş sarımsaq
1 ç.q. karri
0,5 st. qaymaq
0,5 l toyuq bulyonu

Hazırlanması :

Qabağı dilimləyin, xırda doğranmış soğan və sarımsaqla kərə yağında tavanın qapağını örtmədən bişirin. Tərəvəzlər yumşalanda (çox qızarmamalıdır) blenderdə xırdalayın. Sonra toyuq bulyonu, qaymaq, karri tozu əlavə edib yenə blenderdə xırdalayın. Ocağın üstə qoyun. Bir buğum qaynayandan sonra götürün.

Karri əvəzinə belə bir qarışıq da götürə bilərsiniz: 2 x.q. keşniş toxumu, 1 ç.q. razyana, 1 x.q. qara xardal toxumu, 1 ç.q. qara dənəvər istiot. Bunları tərəvəzləri qovuranda əlavə etsəniz, gözəl dadı olacaq. Blenderdən keçirəndə isə 1 ç.q. sarıkök, 1 ç.q. Ardı »

Şorbalar ve HelimlerKöklü Bakliyat Şorbası

İÇİ:

Noxudu, lobyanı, qarğıdalını və buğdanı qazana alırıq. Suyunu qoyub bişiririk. Duzunu atırıq. Tərbiyəsi üçün, qatığı və unu bir qabda çalırıq. Soyuq suyla konsistensiyanı açırıq.

Qazanda qaynayan sudan bir neçə qaşıq tərbiyəyə əlavə edirik və bir tərəfdən də qarışdırırıq. Tərbiyəni yavaş-yavaş şorba qazanına əlavə edirik. Bir yandan da qarışdırmağa davam edirik. Zəif odda bir az da bişiririk. Kərə yağını əridirik və semizot-u yarpaqlarını kərə yağına əlavə edirik. Şorbanın üzərinə gəzdirərək xidmət edirik.

KÖKLÜ BAKLİYAT ŞORBASI

1 su s. Pörtmüş noxud
1 su s. Pörtmüş misir
1 su s. Pörtmüş buğda
Duz
Su

TƏRBİYƏSİ ÜÇÜN:

2 Ardı »

Şorbalar ve HelimlerKöklü əriştə supu

Tərkibi:
* 1 litr su
* 1 ədəd toyuq döş əti
* 3 ədəd kök
* 3 yemək qaşığı əriştə
* Zövqünüzə görə duz, qara bibər
* Yarım limonun suyu

Hazırlanması:
* Köklərin qabıqlarını soyub, halqa şəklində doğrayın.
* Toyuq ətlərini kub şəklində doğrayın.
* Dərin bir qazana kök, su, limon suyu, döş əti, duz və qara bibəri alın.
* Kökləri yumşalana qədər yüksək istilik üzərində bişirin.
* Əriştələri qazana əlavə edib, yumşalana qədər qaynadın.
* Kasalara pay edin və xidmət edin.

Nuş olsun! Ardı »

Şorbalar ve HelimlerToyuqlu köbələk şorbası

Toyuqlu köbələk şorbası

MATERİAL SİYAHISI:

1 toyuq sinəsi
1 şorba kasası göbələk
1 soğan
1 dəstə cəfəri
2 xörək qaşığı un
1 su stəkanı süd
Duz
Su
Kərə yağı
Duru yağ

İÇİ:

Toyuq döşünü qaynadırıq. İncə nazik doğrayırıq. Göbələkləri doğrayırıq. Soğanı yeməli doğrayırıq. Bir tavaya duru yağ tökürük. Əvvəlcə soğanı qovururuq və sonra göbələyi əlavə edib qovurmağa davam edirik.

Şorba qazanına kərə yağını və unu qoyub qovururuq. Unun qızardılmış qoxusu çıxanda soyuq südü tökürük və çırpma teliylə sürətli qarışdırırıq. Üzərinə qaynar su tökürük, beləliklə, şorbanın suyu və konsistensiya ortaya çıxır. Doğranmış toyuğu əlavə edirik. Tavada qovurduğmuz materialları qazana əlavə Ardı »

Şorbalar ve Helimler+++++++++++++++Qarğıdalı şorbası

VƏSAITLƏR

1 çay qaşığı qarğıdalı unu
4 şorba qaşığı süd
yumurta ağı
60 qr dilimlənmiş bud
2 toyuq suyu
3 stəkan qaynar su həbi
300 qr dənələnilmiş qağıdalı
duz
cəfəri

HAZIRLANMASI
Qarğıdalı unu süd ilə qarışdırılır, budları kiçik kiçik doğrayıb yüngülcə qızardın.
Əridəcəyiniz toyuq suyu ilə qarğıdalıları bir qaba qoyub qaynadın.
Qaynamağa başlayınca atəşdən alın, içinə süd ilə qarışdırılmış unu əlavə edin davamlı qarışdıraraq 3 dəq qaynadın.
Duzunu qataraq 2 dəq qədər soyumağa buraxın.
Şorbanı davamlı qarışdırkən yumurta ağını əlavə edin üzərinə cəfərini səpərək yeyin. Ardı »

Şorbalar ve HelimlerQarox püresi (Körpələr üçün

Tərkibi:
Qarox 1 stəkan
Su 1 stəkan
Ərimiş kərə yağı 1 çay qaşığı
Təzə nanə 2 yarpaq.. ve ya quru nanə

Hazırlanması:
Əgər tzəz qarox yoxdursa və ya fəsli deyilsə, dondurulmuş, poşetlerde satılan təzə qaroxdan istifadə edin.
Konserva qutularındakı ərzaqlardan uşaqlara verilməməsi tərəfdarıyam
Təzə qaroxların qabıqlarını soyun və bir qazana qoyun.
Üzərinə su və kərə yağını əlavə edib bişirməyə başlayın.
Ocaqdan almadan 1-2 dəqiqə əvvəl təzə nanəni qatın.
Qaroxlar yumşaldığında dərin bir qaba boşaldıb blendırla əzin, püre halına gətirin.

Nuş olsun! Ardı »