Həyatı
1964-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində doğulmuşdur. Kənddə orta məktəbi bitirdikdən sonra Sumqayıt Kimya Texnologiya Texnikumunun analitik kimya fakültəsində təhsil almışdır (1981-1984). Əmək fəaliyyətinə Sumqayıt Kimya İstehsalat Birliyində laborant kimi başlamışdır(1984-1986). Sonralar Bakıdakı 25 saylı texniki peşə məktəbində istehsalat təlim ustası (1986-1990), 240 saylı orta məktəbdə əmək və rəsm müəllimi (1990-1996) işləmişdir. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində təhsilini davam etdirmiş, hərbi jurnalistika fakültəsini bitirmişdir (1996-1998). Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində uzun müddət Qadınlar Şurasının sədri, eyni zamanda Azərbaycan Ordusu qəzetində ştatdankənar müxbir işləmişdir (1996-2001).
Hazırda H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin hərbi qulluqçusudur. 2007-ci ildən Qazax Müəllimlər İnstitutunun filologiya fakültəsinin məzunudur.
Ədəbi fəaliyyətinə XX əsrin 80-ci illərindən başlamışdır. Azərbaycanda fəaliyyət göstərən ali hərbi məktəbləri – H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Dünya Azərbaycanlılarının Həmrəylik marşının və Azərbaycan Sülhməramlı Qüvvələrinin Sülh marşının sözlərinini müəllifidir. Hərbi vətənpərvərlik mövzusunda 30-dan çox mahnı mətninin sözlərini yazmışdır. “Təki Vətən yaşasın” adlı mənzum pyesi, “Ali Baş Komandanım” adlı sənədli pyesi əsasında radio-tamaşa hazırlanaraq radionun qızıl fonduna daxil edilmişdir. Zəminə Xınalının 15-dən çox kompakt disk və audio-kasseti kütləvi şəkildə çap olunmuşdur. “Azərbaycan Silahlı Qüvvələrinini 90 illiyi” yubiley medalı, “Qüsursuz Xidmətə görə” medalı ilə təltif edilmişdir. 22 kitabı çap olunmuşdur.
Kitabları
1. “Mənim cəsur qardaşım” - 1997
2. “Yarı yolda qalan ömür” - 1998
3. “Üç qardaş, üç pəhləvan” - 1998
4. “Müqəddəs zirvə” - 2000
5. “Ömrün bahar çağında” - 2001
6. “20 Yanvar – ümumxalq matəm günüdür” - 2001
7. “Tanrı sevgisiylə döyünən ürək” - 2002
8. “İncə duyğularla yaşayacaqsan” - 2002
9. “Hər şeydən əzəl Vətəndir” - 2002
10.“Müqəddəs Vətən” - 2002
11. “Sarıtel laylası” - 2005
12. “Qarabağı unutma” - 2005
13. Hərbi Məktəblərin Banisi - 2006
14. “Tənha türk məzarı” - 2007
15. “Vətən sevgisi” - 2007
16. “Təki Vətən yaşasın” - 2008
17. “Qaçaq İsmayıl” dastanı - 2008
18. “Vətən bizim anamızdır” - 2009
19. “Ağ atlı oğlan” - 2009
20. “Əmirxan əsgər gedir” - 2009
21.”Vətən torpaqı” - 2010
22. “Ali Baş Komandanım” - 2010
Z.Xınalının təltif olunduğu fəxri diplomlar
1. Məmməd Araz - 2002
2. “Məhsəti” - 2004
3.”İnam Şərəf” - 2004
4. “Vətən” - 2007
5. “Mübariz qadın” - 2007
6. “Vətən naminə” - 2007
7. “Qızıl qələm” - 2008
8. “Vicdanlı qələm” - 2008
9. “Müqəddəs qələm” - 2009
10. “Əsrin ziyalısı” - 2009
11.”Qaratel” - 2010
12. “Onur Belgesi”- Türkiyə-Eski şəhər - 2010
Z.Xınalının təltif olduğu medallar
1.”Silahlı Qüvvələrin 90 illik yubileyi” medalı - 2008
2. “Qüsursuz xidmətə görə” medalı - 2009
Z.Xınalının diskləri və kassetləri
1.”Dağ biyda dərdim var” - 1999
2. “Qarabağı unutma” - 2000
3. “H.Əliyev adına AAHM Məktəb marşı” - 2000
4. AAHDM-nin Məktəb marşı - 2000
5. “”Sarıtel l aylası - 2000
6. “Vətən müqəddəsdir” - 2001
7. “Tənha türk məzarı” - 2001
8. “Layla çal, ay ana” - 2002
9. “Əsgər libasında qadına alqış” - 2002
10.Dünya Azərbaycanlılarının Həmrəylik marşı- 2003
11.AAHTM-nin məktəb marşı - 2004
12. “Şəhriyar” - 2005
13.”Ötən illərimdan xatirə” - 2007
14.Ali Baş Komandanım” sənədli pyes - 2008
15. “Təki Vətən var olsun” mənzum pyes - 2008
Tarix: 20.01.2013 / 15:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 790 Bölmə: Şairlər və Yazıçılar