Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zaur Qəriboğlu

Zaur Qəriboğlu — yazıçı, şair

Həyatı

Bakı şəhərində anadan olub. Əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindəndir. Bədii yaradıcılığa erkən yaşlarından başlayan yazar beş – “Lal məhəbbət” (2006), “Kamilliyə doğru ikinci addım” (2008)“Aldadılmış ər” (2010), "Səni yaradanı sevirəm" (2011), "Qaragünün Ağgün vəkili" (2011) kitablarının müəllifidir. Bununla yanaşı bir neçə qəzet və jurnallarda bədii, publisistik yazıları ilə oxucularla tez-tez görüşən yazar, müxtəlif kütləvi informasiya vasitələrində - müxbir, xüsusi müxbir, redaktor, bədii redaktor, baş redaktor vəzifələrində çalışmışdır.

Hazırda virtual şəbəkələrdə və ölkə mətbuatında bədii - publisistik məqalələri ilə çıxış edir.

2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ilin Prezident mükafatçısıdır. Əsas olaraq qeyd olunmalıdır ki, yazar Cənubi Azərbaycandan gələrək, Şimali Azərbaycanda mühacir həyatı yaşayan babası Hidayətin arzusunu gerçəkləşdirərək, 2012-ci ildə rəsmi olaraq fars sonluqlu soyadından imtina edib, babasının və atasının arzusu ilə rəsmi soyadını Məlikzadədən Qəriboğluna dəyişdirmişdir.

Əsərləri
“Lal məhəbbət” (2006), Bakı, "Adiloğlu" nəşriyyatı
“Kamilliyə doğru ikinci addım” (2008), Bakı, "Uniprint" nəşriyyatı
“Aldadılmış ər” (2010), Bakı, "Adiloğlu" nəşriyyatı
"Səni yaradanı sevirəm" (2011), Bakı, "Qanun" nəşriyyatı
"Qaragünün Ağgün vəkili" (2011)Bakı, "Qanun" nəşriyyatı


Tarix: 20.01.2013 / 15:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 349 Bölmə: Şairlər və Yazıçılar
loading...