Şahsuvarlı Taleh Novruz oğlu — yazıçı, jurnalist, seçki texnoloqu, QHT sədri.
Həyatı
Taleh Şahsuvarlı 10 mart 1977-ci ildə Bərdə rayonunun Qazıqurdalı kəndində anadan olub.
Bakı Dövlət Universitetin tarix fakültəsinin və Yasamal rayonundakı 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş Respublika Tarix Litseyini bitirib. Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində ali təhsil alıb.
1995-ci ildən jurnalistika sahəsində çalışır. "Seçki mübarizəsi" adlı elmi monoqrafiyanın, "Canlanma" romanının müəllifidir.
2002-ci ildən "Pragma" İctimai Siyasət Mərkəzinin, 2009-cu ildən Sosial İnformasiya Agentliyinin direktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür.
2010-cu il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizəd olmuşdur.
Tarix: 19.01.2013 / 15:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 216 Bölmə: Şairlər və Yazıçılar