İbrahimov Vaqif Əliyar oğlu (Vaqif İbrahim) — şair, 1979-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1976), M.Qorki adına Ümumittifaq mükafatı laureatı (1978).
Həyatı
Vaqif İbrahim 1945-ci il sentyabrın 30-da Şəki şəhərində doğulmuşdur. Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor (1968-1970), məsul redaktor (1971-1975), Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri (1970-1971), "Ulduz" jurnalı redaksiyasında ədəbi işçi (1975-1976), "Göyərçin" jurnalının məsul katibi (ömrünün sonuna qədər) olmuşdur. Eyni zamanda 1980-1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik etmişdir. Azərbaycan komsomolunun XXX-XXXI qurultaylarında nümayəndə, XXXI qurultayında respublika LKGİ MK-ya üzv seçilmişdir.
Baykal Amur magistralının fəxri inşaatçısı adına layiq görülmüşdü. SSRİ-Bolqarıstan "Drujba" jurnalı redaksiya heyətinin üzvü idi. 1983-cü ildə faciəli surətdə həlak olmuş, Sumqayıtda dəfn olunmuşdur.
Əsərləri
1.Bu torpaqda doğulanlar. Bakı: Gənclik, 1970, 126 səh.
2.Ömür balladası. Bakı: Gənclik, 1970, 31 səh.
3.Dünyanın keşiyində. Bakı: Gənclik, 1974, 87 səh.
4.Baykal-Amur magistralında. Bakı: Gənclik, 1975, 102 səh.
5.Mehribanlıq işığı. Bakı: Yazıçı, 1981, 121 səh.
6.Taleyimə yazılanlar (şeirlər). Bakı: Gənclik, 1985, 188 səh.
7.Vaxtla üz-üzə. Bakı: Gənclik, 1982, 228 səh.
8.Taleyimə yazılanlar. Bakı: Gənclik, 1984, 212 səh.
Yaradıcılığı
ANA VƏ KÖRPƏ
Beşik;
Yelkənli qayıq,
Doğma ev
ilk limanı.
Anadır
bu qayığın
özülü: "kapitanı"...
Tarix: 19.01.2013 / 15:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 409 Bölmə: Şairlər və Yazıçılar