Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əta Tərzibaşı

Tərzibaşı Əta Ömər oğlu (1924-?) - ədəbiyyatşünas, tənqidçi, publisist, folklorçu, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türk dili qurumunun fəxri üzvü.

Həyatı

Tərzibaşı Əta 1924-cü ildə İraqın Kərkük şəhərində dünyaya göz açmış, orada boya-başa çatmışdır. Erudisiyalı qələm sahibidir. Kərkük şəhərində nəşr olunan "Bəşir" qəzetinin türkmanca bölməsinin redaktoru olmuşdur.

Yaradıcılığı

İraq türkmanlarının folklor nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində böyük xidmət göstərmişdir. "Kərkük xoryatları və maniləri" sanballı kitabının iki cildində xoryat və manilər barədə elmi araşdırmaları verilmişdir. 60-cı illərdə Bağdadda nəşr etdirdiyi üçcildlik "Kərkük şairləri" kitabında İraq-türkman şairlərinin həyat və yaradıcılığı haqqında yığcam məlumat və əsərlərindən nümunələr vermişdir. Onun Məhəmməd Füzuli, Şəhriyar, Hicri Dədə və b. haqqında elmi araşdırmaları çap olunmuşdur. Topladığı zəngin folklor nümunələri əsasında "Şərqilər və türkülər" (Bağdad, 1953), "Kərkük havaları" (Bağdad, 1961, 1989), "Kərkük əskilər sözü" (Bağdad, 1962), "Arzu Qənbər" dastanı (Bağdad, 1964) və s. kitablarını çap etdirmişdir. Həmin topluların demək olar ki, hamısı Bakı, Ankara, Tehran, İstanbul nəşriyyatlarında kütləvi tirajla nəşr olunmuşdur.


Tarix: 19.01.2013 / 15:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Şairlər və Yazıçılar
loading...