Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qreyfrutun faydaları

Qreyfurt sağlam bir bəslənmə vərdişi əldə etmək istəyənlər, arıqlamaq istəyənlər üçün əlverişli qidadır. Amma bir xəbərdarlıq əlavə edək. Bəzi dərmanlar xüsusilə statin həbləri qreyfurtla qarşılıqlı təsirə girə bilər. Greyfurtun faydaları:

Qreypfrut C vitamini anbarıdır. Yarım qreyfrut 46,86 mq C vitamininə malikdir. Digər bir dəyişlə gündəlik C vitamini ehtiyacımızın təxminən 78 % -ni qarşılayır. Qreyfrut eyni zamanda mükəmməl bir antioksidantdır və ürək sağlamlığımızın qorunmasına kömək edir. Qısacası qreyfrutun faydalarından biri ürək sağlamlığımızadır. Ani ölümlərin riskini azaldır.

Qreyfurt içindəki liflər sayəsində damar sərtləşməsinin qarşısını alır. Eyni zamanda nizamlı olaraq qreyfrut yeyilməsi xolesterolu da aşağı salır.

Qreyfrut A vitamini qaynağıdır. A vitamini dişləri və sümükləri qoruyur. Mütəxəssislərə görə qreyfrutun tərkibindəki B5 vitamini də bədəndə kalorini və yağı yandırmanı asanlaşdırır. B9 vitamini ilə də çox zəngindir. Bu vitamin beynimizə faydalıdır. Orta hesabla qreyfrut təxminən 80 kaloriyə malikdir. Bu da onu arıqlama1 istəyənlər üçün ideal bir qidadır.

Çəhrayı və qırmızı qreyfrutlar bol miqdarda antioksidant maddəyə malikdir. Beləcə qreyfrutun faydalarından biri də bədəninizdəki xəstəliklərlə mübarizə və immunitet sisteminizi gücləndirmək olur.

Qreyfrutun tərkibində bol miqdarda su və kalium var. Gündə bir stəkan qreyfrut şirə içmək sizi yorucu bir iş gününün ardından susuzluqdan qoruyacaq, ya da çox su içmədiyinizi düşündüyünüz günlərdə su ehtiyacınızı qarşılayacaq.

Qreyfrutun faydalarından biri də həzm sistemimizədir.Belə ki, o qəbizliklə mübarizədə əla vasitədir. Qəbizlik bir çox adamın ortaq problemidir. Qəbizlik özüylə birlikdə başqa problemləri də gətirir. Yorğunluq, enerji itkisi, baş ağrısı, qarın ağrısı bunlardan bəziləridir.


Tarix: 10.12.2014 / 17:37 Müəllif: Aziza Baxılıb: 155 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...