Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Narın faydaları

Tövratda və Quranda adı çəkilən nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir.

Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər.

Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Nar qurdqovucu təsirə malikdir.

Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər (təbii ki, az miqdarda və turş sortlar) üçün çox xeyirlidir.

İnfeksion xəstəliklər və cərrahi əməliyyatlardan sonra nar şirəsinin istifadə edilməsi orqanizmi tez bir zamanda bərpa olunmasına kömək edir. Nar şirəsi insanın iştahasını artırır və immun sistemi möhkəmləndirir.

Nar şirəsi ilə bağlı Sizə bir məsləhət verə bilərik. Mədənin selikli qişasını güclü qıcıqlandıran və dişlərin emalına mənfı təsir göstərə bilən bu şirə mütləq digər bir şirə ilə (məsələn, kök, çuğundur şirəsi ilə) və ya qaynanmış su ilə 1/1 bərabərlikdə qarışdırılmalıdır.

Nar iltihabəleyhinə təsirinə malik olduğuna görə stomatit, tonzillit (angina) və s. infeksiya, virus və bakteriyalar tərəfindən törədilən xəstəliklər zamanı istifadə oluna bilər. Bunun üçün ilıq şəkildə olan su ilə qarışdırılmış nar şirəsi ilə ağız boşluğunu və boğazı qarqara etmək lazımdır.

İshal zamanı narın qabıqlarını qaynadıb gün ərzində 3-4 dəfə içmək lazımdır. Bu çox yaxşı nəticə verir.

Lakin bunu da bilmək lazımdır ki, bəzi xəstəliklər zamanı nar və nar şirəsinin istifadəsi qadağandır. Bu xəstəliklərin sırasında — mədə və onikibarmaq bağırsağın xorası, qastrit, pankreatit, tez-tez təkrar olunan qəbizliklər.


Tarix: 10.12.2014 / 17:21 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...