Viniplast — polivinilxloridin əsasında əldə olunan plastik kütlədir. Polivinilxloriddən əlavə onun tərkibinə istismar zamanı dağılmanın qarşısını alan stabilləşdiricilər və emalı asanlaşdıran yağlayıcı maddələr əlavə olunur. Bəzən viniplastın tərkibinə rəngləyicilər, doldurucular və fiziki- mexaniki xassələri dəyişmək üçün modifikatorlar əlavə edilir.
Viniplastlar onun təşkiledicilərin köməyi ilə hazırlanırlar. Emal zamanı qarışıq ya ilkin olaraq qranulatlar şəklində hazırlaır, ya da o bir başa kütləyə preslənir. Alınacaq məhsulun formasından asılı olaraq müxtəlif emal üsulları tətbiq olunur: hamar lövhələr presləmə ilə, lentlşəkilli viniplast yayma ilə, kiçik ölçülü profilli məmullar təzyiq altında tökməklə, boru, profilli və dalğalı təbəqələr qranulatları basmaqla əldə olunur.
Viniplast rəngsiz materialdır, o yanmır və hər hansı iyə malik deyil, yaxşı mexaniki emal oluna bilir. Asanlıqla qaynaq olunabilməsi viniplastdan olan hissələrin əlverişli birləşdirilə bilir. Viniplast beton, metal və ağac səthlərinə asanlıqla yapışdırıla bilir, 20—80°С arasında izoləedici material kimi istifadə etmək mümüknüdür. Viniplastın sıxlığı 1,2-1,40 g/cm3 arasında, dartmada möhkəmliyi 40—60, sıxmada isə 80—160 N/mm2 arasında meyillənir. Elastiklik modulu 1000–3500 N/mm2-dır. Nisbi uzanması 10-25%-i təşkil edir.
Tarix: 21.03.2013 / 18:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari