Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərenerji

Azərenerji - ASC Azərbaycanın ən iri enerji istehsalçısı olmaqla yanaşı, paylayıcı şəbəkələr və elektrik verilişi xətlərinin sayına və uzunluğuna görə də regionda lider mövqe tutur. Hal-hazırda Cəmiyyətin tərkibində gərginliyi 500, 330, 220 və 110 kilovolt olan 124 yarımstansiya; "Mingəçevir", "Varvara", "Şəmkir", "Yenikənd", "Araz" və "Vayxır" daxil olmaqla 6 ədəd su elektrik stansiyası (SES), "Azərbaycan", "Şirvan", "Şimal", "Bakı İEM", "Babək", "Astara", "Şəki", "Xaçmaz", "Naxçıvan" , "Bakı" və "Səngəçal" istilik elektrik stansiyası (İES) daxildir. Yaxın bir neçə il ərzində bir sıra yeni stansiya və yarımstansiyaların, elektrik verilişi xətlərinin tikintisi və mövcud obyektlərin əsaslı yenidən qurulması planlaşdırılır. Qeyd etmək lazımdır ki, hazırda "Azərenerji" ASC-nin elektrik verilişi xətlərinin ümumi uzunluğu 66 000 km-ə yaxındır.


Tarix: 18.03.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...