Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qılınc

Qılınc uzun pazformalı kəsici tilə malik soyuq silah olub, metal tildən və dəstəkdən ibarətdir.

Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.

Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8-1 m) sonralar uzn formada hazırlanırlar. Belə uzun qılıncların zərbəsi ilə zirehli paltarı deşmək və düşməni yaralamaq mümkün idi.

Qılınc növləri

Tarixdə qılınc qədər təkamül keçirmiş başqa silah tapmaq çətindir. Misirlilərin oraqşəkilli qılıncları, Roma gladiusları, Yapon katanaları fərqli qılınc növlərinə misal ola bilər. Hər iki kənarı iti olan, sadəcə tək kənarı iti olan və sadəcə deşmək üçün istifadə olunan tipləri də mövcuddur.


Tarix: 20.03.2013 / 16:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...