Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kapital Bank

Tarixçə

Kapital Bank Azərbaycanın ilk bankı Əmanət Bankın varisi olaraq 138 ildir ki, uğurlu fəaliyyət göstərir. İlk Əmanət Kassası Bakıda hələ 1874-cü ildə açılıb. Bizim bank ən geniş filial şəbəkəsinə və ən zəngin tarixə malik olan bankdır.

Birləşmiş Universal Səhmdar Bankı Azərbaycanın iri dövlət bankı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə açıq tipli səhmdar cəmiyyəti formasında yaradılmışdır. BUSBank üç dövlət səhmdar-kommersiya bankının – Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət banklarının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində yaradılmışdır.

Bank əməliyyatlarının aparılması üçün verilmiş 244 saylı lisenziya Azərbaycan Respublikasının Milli Bank tərəfindən 28 fevral 2000-ci il tarixdə mərkəzi reyestrinə daxil edilmişdir. 29 dekabr 2004-cü il tarixdə Bank səhmdarlarının növbədən kənar iclasında (protokol №5) BUS Bankın adının dəyişdirilməsinə dair müzakirələr olmuşdur. Qərar qəbul edilmişdir ki, Banka yeni – "Kapital Bank" adı verilsin. Nizamnamədə müvafiq dəyişikliklər Ədliyyə Nazirliyində 26 yanvar 2005-ci il tarixdə qeydə alınmışdır.

Hazırda Bankın 50% səhmləri Azərbaycan Respublikası Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi simasında dövlətə məxsusdur. 2005-ci ilin Mart ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bankın 2 mərhələli özəlləşdirməsi nəzərdə tutulub. 2007-ci ildə Bankın yeni səhmdarları Xalq Bank (20%), Ata Holding (20%) və Azersun Holding (10%) olmuşlar. Hazırda Bank özəlləşdirmənin 2-ci mərhələsindədir.

2000-ci ildə Bankın elan olunmuş ilkin nizamnamə fondunun məbləği 5,0 mln. ABŞ dolları ekvivalentində (22 mlrd. manat) hər birinin nominal dəyəri 1,0 mlrd manat olan 22 ədəd adsız səhmdən ibarətdir. 2003-cü ildən nizamnamə fondu 9,0 mlrd. manat artırılaraq 31 mlrd. manata, 2004-cü ilin iyun ayından isə 40 mlrd. manata çatdırılmışdır. 2006-cı ilin yanvarında nizamnamə fondu 60 mlrd. manata (12 milyon AZN) çatmışdır.

Bank 1997-ci il 16 iyul tarixindən SWIFT cəmiyyətinin, 31 oktyabr 2001-ci il tarixdən Bank MasterCard Europe, 2003-cü il 19 fevral VİSA İnternational beynəlxalq ödənişlər sisteminin həqiqi üzvü seçilmişdir.

Kapital Bank Bank Fond Birjasının və Bakı Banklararası Valyuta Birjasının (BBVB) təsisçisi və səhmdarlarından biridir. Eləcə də Azərbaycan Banklar Assosiasiyasının üzvüdür.

Bank 14 sentyabr 2000-ci il tarixdən Western Union sürətli pul köçürmələri üzrə əməliyyatlara başlamiş və tez bir zamanda respublikanın bu bazar sektorunda lider banka çevrilmişdir. Ukraynanın PrivatBankı ilə əməkdaşlığın nəticəsi olaraq 16 noyabr 2004-cü il tarixdən PrivatMoney sürətli pul köçürmələri əməliyyatları aparılmağa başlanmışdır. Hazırda Bank Migom sistemi ilə əməkdaşlıq edir. Bu sistem Rusiyaya əlverişli və sürətli pul köçürmələri vasitəsidir. 2006 ildə Bank özünün respublika daxilində işləyən "Xəzri" adlı sistemini işə salmışdır. Bu sistem vasitəsilə aşağı tariflərlə respublikanın istənilən nöqtəsindən sürətli pul köçürmələri etmək mümkündür.

Kapital Bankın dünyanın bir sıra qabaqcıl bankları – Citibank N.A, American Express Bank, Commerzbank AG, HSBC Bank, KBC Bank və s. ilə müxbir hesabları mövcuddur.

Filialların sayına görə respublikada lider olan Kapital Bank filialların sayını 88 çatdırmışdır. Bununla yanaşı bankın 86 şöbə və 2 müstəqil şöbəsi fəaliyyət göstərir.

Universal olaraq, Bank həm fiziki, həm də korporativ müştərilərə xidmətlər göstərir. Sosial yönümlü olan Bank dövlətin agent-bankı kimi fəaliyyət göstərir və dövlət sosial proqramlarında iştirək edir. Bank aşağıdaki xidmətlər göstərir:
- hesablaşma-kassa əməliyyatları
- fiziki və hüquqi şəxslərdən depozitlərin qəbulu
- kreditlərin verilməsi
- konvertasiya
- valyuta köçürmələri
- sənədli akkreditivlərin açılması
- pensiya və muavinatların ödəməsi
- sənədlərin və qiymətli əşyaların depozit seyfdə saxlanilması
- Western Union, PrivatMoney, Migom, Xəzri, Blizko sistemləri ilə pul köçürmələri
- lokal və beynəlxalq plastik kartların satışı
- Bakı Fond Birjasında və Bakı Banklararası Valyuta Birjasında broker xidmətləri

Banka beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlar verilmişdir. 2008-ci ilin iyul ayında Fitch agentliyi Kapital Banka uzunmüddətli (RDE) "B+" və reytinq proqnozunu "stabil" kimi müəyyənləşdirmişdir. Qısamüddətli reytinq isə "B", fərdi reytinq "D/E" və dəstək reytinqi "4" səviyyəsində verilmişdir.

2008-cı ilin iyul ayıda Moodys İnvestors Service Kapital Banka xarici valyutada olan depozitlərin uzunmüddətli reytinqi "B1", manatla depozitlərin qısamüddətli reytinq "NP" və maliyyə dəstəyi reytinqi "E+" təyin etmişdir. Bütün reytinqlərə "stabil" proqnoz verilmişdir.

2004-cü ilin avqust ayında Kapital Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmiş cənab Rauf Rzayev Bankı islahatlar yolu ilə apararaq, yerli maliyyə bazarında aparıcı yerlərdən birini tutmaq maqsədi ilə kollektivi səfərbər edib və Bankda struktur dəyişikliklər aparıb. Bankı strukturu ilə tanış olmaq istəyənlər müvafiq internet sayta daxil ola bilərlər.

Kapital Bank regionların sosial-iqtisadi inkişafı proqramında fəal iştirak edir və sosial mahiyyət kəsb edən layihələri maliyyələşdirir. Belə ki, regional hadisələrdən biri Şamaxıda Star televiziya zavodunun açılışı oldu. Kapital Bank bu layihəni maliyyələşdirərək, yeni iş yerlərinin açılmasında iştirək edir və ümumiyyətlə regionlarda iqtisadi prosesində fəal iştirək etmək niyyətindədir.


Tarix: 19.03.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 412 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...