Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnternet-banner

1994-cü ilin oktyabr ayının 27-də dünyanın ilk onlayn kommersiya jurnalı Hotwired öz səhifələrində ilk banner yerləşdirib. Bu gündən 15 il sonra tək ABŞ-da internet-reklamın həcmi 20 milyard dollar dəyərləndirilmişdir.

İlk banner deyəndə "AT&T" telekommunikasiya şirkətinin "Did you ever clicked your mouse right here? You will!" çağırışlı banneri nəzərdə tutulur. Onun təsvir ölçüləri 468 x 60 piksel olub.

Maraqlıdır ki, Şəbəkədə ilk reklam Mosaic Netscape 0.9 – ilk rəsmi brauzerin təqdim olunmasından 12 gün sonra yerləşdirilib. Artıq bu sürəti internet-reklam sahəsinin uğurunun başlanğıcı adlandırmaq olar. Bir vaxtlar internet-reklam sahəsinə yeni bir məkan kimi ilk addımlarını edən şirkətlər onun forması barədə geniş müzakirələr aparıb.

Bəziləri hesab ediblər ki, internet-reklam qrafik formada olmalıdır. Digərləri isə onun mətnli olmasını məqbul sayıblar. Maraqlıdır ki, bir neçə il mətnli reklam bütün sahə üçün ikinci nəfəs olub.

2009-cu ilin birinci yarısında əsasən mətnli elanlardan ibarət axtarış reklamı adlandırılan bu sahədə 5,1 milyard dollar dövr edib. Bannerlərin də daxil olduğu displey reklamının həcmi isə 3,8 milyard dollara bərabərdir. Ancaq tədricən bannerlər "səhnəni tərk edir".

"ComScore" şirkətinin məlumatlarına əsasən, heç olmasa ayda bir dəfə bannerlərə daxil olan ABŞ internet istifadəçilərin ümumi sayda payı 2007-ci ilin iyul ayından 2009-cu ilin mart ayına kimi 32 faizdən 16 faizədək azalıb. Bu zaman ümumi daxilolmaların 85 faizi onların yarısının payına düşür. Bununla yanaşı, bannerləri hələ gələcəkdə geniş inkişaf gözləyir.

"Barclays Capital"ın təqdim etdiyi məlumatlara əsasən, 2013-cü ilə kimi displey reklamına 9 milyard dollar xərclənəcək. Həmin vaxta qədər axtarış reklamının həcmi 17 milyard dollara çatacaq. Hazırda ən geniş yayılmış banner növü fleş banner(flash banner) sayılır.


Tarix: 21.03.2013 / 18:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...