Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mina (partlayıcı qurğu)

Mina — partlayıcı qurğu olub, hərbi əməliyyatlar zamanı istifadə edilir. Minalar müxtəlif olur: piyada əleyhinə, tank əleyhinə, dəniz minası, nüvə minası və s.

Azərbaycan ərazisində minalar

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdə mina partlaması nəticəsində həlak olanların və yaralananların sayı çoxdur. Atəşkəs müqaviləsindən sonra da mina insidentləri baş verir. Mütəxəssislərin fikrincə, Azərbaycan ərazisinin böyük bir hissəsində mina və digər partlayıcı qurğular basdırılıb ki, onların təmizlənməsi üçün 10-15 il tələb olunur. Atəşkəs başlayandan indiyədək mina partlamasından 500-ə yaxın insan həlak olub, mindən çoxu yaralanıb ki, onların 30 faizi hərbi qulluqçuların, 70 faizi isə mülki vətəndaşların payına düşür[1].

Zərərsizləşdirilməsi usulları

Fransada hələ Birinci Dünya müharibəsindən qalan minaları təmizləməyin qeyri-adi üsulundan istifadə edirlər. Bu işdə insanlara qoyunlar kömək edir. Ölkənin şimalındakı Vimi şəhərində 1917-ci ildə böyük döyüş olub. İndi isə həmin ərazi otlaqdır. Qoyunlar isə istehkamçı rolunda çıxış edirlər. Onlar otu yeyərkən minanı tapırlar və partlayırlar. Yerli hakimiyyət orqanları bu üsulun qəddar olduğunu etiraf edirlər. Bununla yanaşı, onlar qeyd edirlər ki, qoyunların minada partlaması insanların ölməsindən daha yaxşıdır[2].


Tarix: 20.03.2013 / 16:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...