Katyuşa - BM-8 (82mm), BM 13 (132 mm) və BM-31 (310 mm) reaktiv artilleriyalarından ibarət hərbi maşınlara verilmiş qeyri-rəsmi addır. Bu qurğular ikinci dünya müharibəsi ərəfəsində SSRİ qoşunları tərəfindən aktiv istifadə edilmişdir. Almanlar buna "Stalin orqanı" adını vermişlər. Çünki arxadan bu silah sistemi orqan musiqi alətinə oxşayırdı.
Adi artilleriya qurğularına nisbətən Katyuşa qısa müddətdə bir neçə raket ata bilir. Bununla o düşmən tərəfi qorxuya salır və eyni zamanda onlara cavab verməyə imkan vermir. Sadə konstruksiyaya malik olması onun istənilən şəraitdə tətbiqinə imkan yaradır. Böyük atəş sahəsinə malikdir. Ancaq bu sistemin də öz çatışmamazlıqları vardır. katyuşa raketləri artilleriya mərmilərinə nisbətən daha çox yanacaq istifadə edir və qeyri dəqiqdir. Digər tərəfdən batareyyanın yüklənməsinə çox vaxt lazım gəlir.
Katyuşa raketlərini inkişafı ilə 1920-ci illərin əvvəlindən balasalar da, ilk prototip 1938-ci ildə nümayiş etdirilmişdir. SİS markalı avtomobilin üzərinə quraşdırılmış atıcı 24 ədəd RS-82 və RS-132 raketlərini atmağa imkan verirdi.
7 iyun 1939-cu ildə poliqonda M-13 raket ilə atış sınağı keçirilir. Burada öz effektivliyini göstərən raket sistemi tezliklə SSRİ-də aparılan elmi-tədqiqat işlərin əsas mövzusuna çevrilir. Layihə işlərində Andrey Qriqoryeviç Kostikov, ivan Qvay və Vasiliy Aborenkov iştirak edirlər. Sonralar yaradılmış katyuşalar ikinci dünya müharibəsində "Qırmızı ordu"ya üstünlüklər əldə etməyə imkan yaratmışdır.
Tarix: 20.03.2013 / 16:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 174 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari