Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mi-24

Mil Mi-24, (NATO kod adı: Hind)- SSRİ tərəfindən istehsal edilən, zirehli hərbi döyüş vertolyotu. Pilotlar tərəfindən uçan tank adlandırılır. Digər adı isə, xarici görünüşünə görə "Timsah"dır (rus. Крокодил).

Sovet Hərbi Hava Qüvvələrinə (HHQ) 1972-ci ildə daxil olmuşdur.

Mi-24 hərb tarixində ilk hücum vertolyotlarından biridir. Korpusu olduqca möhkəm zirehlə örtülüdür. Əhəmiyyətli xüsusiyyətlərindən biri eyni zamanda 8 əsgər, yük və sursat daşıma imkanıdır.

Zəif cəhəti yüksək səviyyəli manevr bacarığına sahib olmaması və xüsusilə kəskin dönüşlər zamanı qəza vəziyyətinə düşməsidir. Üzərində aparılan uzun müddətli çalışmalara baxmayaraq bu çatışmazlığı aradan qaldırmaq mümkün olmayıb.



Mündəricat
1 Mİ – 24 vertalyotunun döyüş imkanları
2 Əlavə vəzifələri.
3 Əsas taktiki-uçuş məlumatları.
4 Həndəsi məlumatlar
5 Çəki məlumatları.
6 FÜZELYAJ.
7 QALXMA-ENMƏ QURGULARI
8 TOZDAN QORUNMA QURQUSU.
9 Mi-24 vertalyotunun Hərb yolu
10 Mi – 24 vertalyÖtunun hərbi tətbiq sahələri
11 Mi- 24 silahlanması
12 Mi -24 Qaynar nöqtələrdə tətbiqi
13 Mi-24 istifadəçiləri
14 Ayrica bax
15 Xarici keçidlər


Mİ – 24 vertalyotunun döyüş imkanları
Mİ-24 döyüş vertalyotudur və aşağıdakı vəzifələri yerinə yetirir:

• döyüş zamanı quru qoşunlarının döyüş qabiliyyətini saxlamaq .

• Düşmənin xırda ölçüdə olan döyüş və zirehli texnikasını taktiki dərinlikdə məhv etmək.

• Döyüş zamanı taktiki desant atmaq.



Əlavə vəzifələri.

• Kiçik ölçülü yüklərin daşınması.

• Yaralıların döyüş zonalarından daşınması.

• 70-ci illərdə Milin konusturktor bürosunda buraxılıb.

• Mİ-24 vertalyotu bir vintli sxem üzrə qanadla hazırlanıb. Qanad qalxma qüvvəsini yaradır və silahların asılmasını təmin edir.

• Qanadda –LV=12’ qalxma bucaqi isə 19’ bərabərdir.

• Füzelyaj-vertalyot konusturksiyasının güclü elementidir, əsas burun,mərkəzi, quyryq və uc tirindən ibarətdir.

• Şassi -3 dayaqlı yığılandır.

• İdarəetmə-4 hissəyə bölünür. Uzununa, eninə, səmtinə və ümumi qaz addımla idarə etmə.

• Güc qurqusu -2 ədəd TV-3-117 qaz turbin mühərriki.

• Ekipaj -3 nəfər. Silahlanması-ıdarə olunmayan raket, idarə olunan raket,

• idarə olunan raket kompleksi və çaplı pulemyot.



Əsas taktiki-uçuş məlumatları.

• Uçuşun maksimal sürrəti -310-330 km/saat.

• İşlək sürət -260-270 km/saat.

• Statik hündürlük -4900m.

• Maksimal uzaqlıq -500 km (1130km).

• Maksimal uçuş saatı -2 saat (4saat )

• Normal əlavə yüklənmə - 1,75 kq.



Həndəsi məlumatlar

• Fırlanan vintlərlə uzunluğu -21,35 m.

• Dayanan vintlərlə uzunluğu -19,36 m.

• Vintlərsiz uzunluğu -17,75 m.

• Fırlanan vintlərlə hündürlüyü - 5,47 m.

• Daşıyıcı pərə qədər hündürlük - 3,97 m.

• Fezelyajın eni - 1,7 m.

• Qanadların eni - 6,4 m.

• Dayanma bucağı - 3024’.

• Şassinin izi - 3,3 m.

• Şassinin bazası - 4,39 m.

• Yerdən ən aşağı hündürlük - 0,32 m.



Çəki məlumatları.

• Maksimal uçuş çəkisi -11500 kq.

• Normal uçuş çəkisi -11000 kq.

• Vertalyotun boş çəkisi -8300 kq.

• Yük götürmə qabiliyyəti -1100 kq(kabina)

• -2500 kq(asma)

• Yanacağın miqdarı -1645 kq(əsas)

• -2965kq(əlavə)





FÜZELYAJ.

• Füzelyaj bir texnoloji və iki konsturuktor birləşmədir, burun hissədən, mərkəz hissəsindən, quyruq tirindən və uc tirindən ibarətdir. Şaquli vəzyyəti mərkəzi hissə ilə semmetrikdir, quyruq tiri və uc tiri isə sağ tərəfə 2030’ yönəlmisdir. Burun hissənin mərkəz hissəyə birləşməsi sabitdir, istismar zananı ayrılmazdır. Qalan hissələrin biləşməsi isə boltlarladır və istismar zamanı ayrıla bilər.

• Füzelyajın burun hissəsi ayrılıqda texnoloji birləşmədir. Burun hissəsində ekipajın kabinaları və atıcı silahlanma yerləşdirilmişdir. Burun hissəsi tavan panelindən, sağ sol paneldən və ekipajın kabina qapılarından ibarətdir. Döşəmə iki tirdən ibarətdir . Döşəmənin tirləri döşəmənin uzunluğu boyudur

• Füzelyajın mərkəz hissəsi yük kabinasının və aqreqatların yerləşməsi üçün istifadə olunur. Yük və ekipaj kabinaları birlikdə germetikləşdirilmişdir. Fezelyajın mərkəz hissəsinin üst-arxasında Aİ-9 mühərrikinin yerləşməsi üçün dirsəklər ön hissədə isə hidravlik bloklar yerləşdirilmişdir. Mərkəz hissəsinin tavanının sağ tərəfində yanacaq doldurma boğazları yerləşdirilmişdir. Füzelyajın mərkəz hissəsinin altında isə 4 və 5-ci yanacaq bakları yerləşir. Alt hissədə isə yük asmaq ücün bərkitmələr yerləşdirilmişdir. Fezelyajın mərkəz hissəsinin sol və sağ tərəfində yük kabinasının qapıları yerləşdirilib.



QALXMA-ENMƏ QURGULARI

• Vertalyotun qalxma-enmə qurgularna açılıb yığılan üç dayaq və quyruq dayaqı daxildir. Əsas dayaqlarda bir təkər qabaq dayaqda isə iki təkər quraşdırılıb.



TOZDAN QORUNMA QURQUSU.

• Tozdan qorunma qurqusu vertaletun yerdə hərəkəti zamanı, enmə qalxa zamanı TV3-117 mühərriklərini tozdan qorumaq ücün təyin edilmişdir.



Mi-24 vertalyotunun Hərb yolu

• İlk Mi – 24A vertalyötu 70- ci ilin axırında 4 – cü Mərkəzi döyüş tətbiqi mərkəzinə daxil olmuşdur.

• İlk 319 - cu Mi – 24 vertalyot alayı Ussuriysk şəhərində yaradılmışdır.

• Alayın vertalyot zavodunun yaxınlığında yerləşdiyinə görə istismar və uçuş problemləri tez bir zamanda aradan götürülmüşdür.

• Sonra Prikarpat hərbi dairəsində Brodıda və başqa dairələrdə yerləşən vertalyot alayları Mi – 24A vertalyotları ilə silahlandımışdır.

• Mi-24 tam hərbi vertalyotuna çevrilməsi hərbi hissələrə daxil olma vaxtından beş il çəkmişdir.

• Mi-24 tam görünüşünü silahlanmaya

• Mi – 24V vertalyotunun daxil olmasından sonra almışdır.

• Bu vaxta TB3-117 mühərrikinin resursu və etibarlılığı heyli artmışdır.

• 1977 – ci ildə Zaporojye mühərrik qayıran lar tərəfindən 3 seriyalı TB3-117 1500 saat resursu olan mühərrikin kütləvi istehsalına başlamışdırlar.

• Mi 24 vertalyotunun tətbiqi və döyüş istifadəsi taktikası işlədildikcə döyüş alayları tərəfindən vertalyotun tətbiq sahələri təyin olunmuşdur



Mi – 24 vertalyÖtunun hərbi tətbiq sahələri

• Tank təhlükəli istiqamətlərdə tank əleyhinə vasitələrlə operativ gücləndirmə.

• Quru qoşunlarını hücüm və müdafiyə əməliyyatlarında havadan kömək

• Nəqliyyat vertolyotlarından düşürdülən taktiki desantların marşrutda müşayət olunması və atəş köməyi.



Mi- 24 silahlanması

• İlkin olaraq vertalyotda ‘’’Falanqa-M’’ tankəleyhinə raket kompleksi (TƏRK) dayanmışdır.

• Sonra Mi – 24D – də təkmilləşmiş ‘’Raduqa PV’’ yarımavtomatik tuşlama əmr sistemi ilə təchiz olunmuş TƏRK 9P145 ‘’’Falanqa-PF’’ kompleksi quraşdırılmışdır.

• Mİ – 24V isə vertalyotu ‘’Raduqa -Ş’’ tuşlama sistemi olan TƏRK 9K113 ‘’Şturm -V’’ kompleksi ilə silahlanmışdır

• Mi-24 də daxil edilmiş atış silahları daima təkmilləşirdi: YakB – 12,7 hərəkətli yüksək templi dörd lüləli pulemyotu hərəkətsiz iki lüləli QŞ – 30K topu əvəz etmişdir. Nəticədə isə QŞ -23L hərəkətli iki lüləli topu qəbul olunmuşdur.

• Bunlardan başqa vertalyotda çox effektiv olan silahlanmanın asma konteyner sistemləri SAKS -23-250 mövcud olmuşdur. Bunlar düşmənin canlı quvvəsinin və istehkamlarının məhv edilməsində effektivliyini göstərmişdir

• Əfqan müharibəsi zamanızəif və aşağı effektivliyi olan C-5 güclü NAR-lar C8 və C5 dəyişmişdir.

• 1980-1990 cı illərdə vertolyotçular ağır

• C-24 NAR-ları istifadə edirdilər.

• Yüksək keyfiyyətliklə bombalar, yandırıcı baklar və 500 kq kalibrli birdəfəlik bomba kassetləri müvəffəqiyyətlə tətbiq olunurdu.

• 1980 – ci illərin ikinci yarısında ‘’’hava-hava’’ raketləri ilə işlər aparılırdı. Nəticədə Mİ -24 vertalyorlarının bəzi eskadrilyalarıUR R-60 raketləri ilə təchiz olunmuşdur, o cümlədən Almaniyadakı Sovet qoşunlarında, və İrakda..



Mİ-24 vertalyotunun lokal və reqional

müharibələrdə iştirakı

• Mi – 24 vertalyotu XX əsrin axırında praktiki olaraq bütün müharibələrdə iştirak etmişdir.Mi – 24 vertalyotlarının və onların ekipajlarının ən çətin təcrübəsi əfqan müharibəsinə təsadüf etmişdir. Döyüş əməliyyatları aktivləşdikcə vertolyötların tətbiq taktikası da təkmilləşirdi. Burada əsas dayaq gözlənilməzliyə, atəş təsirinin kəsilməməzliyinə və qarşılıqlı köməyə edilirdi. Təhlükəsiz zenitkalara qarşı əks manevr etmək üçün maşınlar arasında 1200-1500 m məsafə saxlanılırdı

• Mi – 24 Efiop – Somali və İran- İrak konfliklərində, Eritreyə və Şri – lankada separatistlərə zərbələr endirirdi, Çad və Anqolada döyüşüb, İndokitayda ‘’qırmızı kxmerlərə hücüm’’ edirdi, Nikaraqua və Peru hökümətlərinin maraqlarını qoruyurdu, Yuqoslaviada və Syerra-Leone də sülhməramlı əməliyyatlarda iştirak edirdi



Mi -24 Qaynar nöqtələrdə tətbiqi

• Keçmiş SSRİ ərazisində ilk qaynar nöqtə Dağlıq Qarabağ Olmuşdur. Ordu aviaisiyasının Mİ – 24 ekipajları döyüş əməliyyatları üzərində patrullamaq, avtokarvanların və nəqliyyat vertolyotlarının müşahidəsi, atəş nöqtələrinin dəf edilməsi üçün istifadə edilirdi. Münaqişə tərəfləri onlarda olan silahlardan vertolyotları atəşə tuturdu.

• 1990 ci ilin yanvarında Bakıya qoşunları daxil etdikdə Mi – 24 geniş istifadə olunmuşdur, və Gəncənin yaxınlığında qrad əleyhinə qurğudan bir maşın vurulmuşdur.

• 1991-ci ilin iyul – avqust aylarında Qarabağ konfliktində Azərbaycan tərəfində ordu aviasiyasının iştirakı barəsində məlumat var idi. Bəzi hallarda maşınlar döyüş zədələri alırdı. İyulun 20 də Şaumyan rayonunun Buzuluk kəndinə şturm zamanı üç Mi- 24 zədə alımışdır.

• Suveren Azərbaycan Sanqaçal ayrodromunda olan Sovet ordusunun Mi – 24 eskadrilyasının öz mülkiyyətinə götürmüşdür.

• 1992 –ci ilin fevralında bu maşınlar Qaragalı kəndinin yaxınlığındakı döyüşlərdə iştirak etmişdilər.

• Fefral ayının 27 - də Əskəran uğrunda gedən döyüşlərdə və düşmənə ağır zərbələr endirilmişdir .

• Bundan əlavə 1992 – ci ildə Fizuli, Ağdam, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərdə Mi – 24 vertolyotları dümənə ağır zərbələr endirmiş və zirəhli texnikalarını, canlı quvvəsini məhv etmişdir.

• 1992 – ci ilin sentyabr ayında Qubadlı uğrunda gedən döyüşlərdə erməni ordusuna məxsus iki ədəd Mi – 24P vertolyotu quru qoşunları tərəfindən vurulmuşdur.

• Bir vertolyot məhv edilmiş, ikinci vertolyot isə Azərbaycan HHQ mütəxəssisləri tərəfindən təmir edilmiş və Azərbaycan HHQ tərəfindən ermənilərə qarşı döyüşlərdə buraxılmışdır.

• Qarabağ uğrunda gedən döyüşlərdə
Mi – 24 bir neçə ekipajı Azərbaycanın Milli Qəhraman adına layıq görülmüşdür.

Mənbə: Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi dərsliyi

Mi-24 istifadəçiləri
Rusiya - 600
Ukayna - 139
Belorus - 70
Macarıstan - 62
Azərbaycan - 64
Çexiya - 58
Qazaxıstan - 42
Polşa - 31
Özbəkistan - 29
Sudan - 23
Şimali Koreya - 20
Bolqarıstan - 18
Nikaraqua - 18
Efiopiya - 18
Peru - 16
Slovakiya - 16
Anqola - 14
Əlcəzair -
Braziliya - 15
Makedoniya - 14
Monqolustan - 11
Venesuela - 10
Nigeriya - 9
Ermənistan - 8
Əfqanıstan -
Vyetnam -
Gütcüstan -
Hindistan -
İraq -
Kuba -
Suriya -
Xorvatıstan -
Şri-Lanka


Tarix: 20.03.2013 / 16:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 659 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...