Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bimetallizm

Bimetallizm (lat. bis – iki dəfə və yunan. metallum – metal) — ümumi ekvivalent rolunu eyni zamanda iki metalın – qızıl və gümüş metalların oynadığı tədavüldə olan banknotların bu metallara dəyişilən pul sistemidir.Mündəricat
1 Tarixi
2 Növləri
2.1 Paralel valyuta sistemi
2.2 İkiqat valyuta sistemi
2.3 «Axsayan» valyuta sistemi


Tarixi

Sistem XVI-XVIII əsrlərdə bir çox ölkələrdə (Fransada, Belçikada, İsveçrədə) geniş yayılmışdı və XIX əsrin təxminən son qərinəsinə qədər mövcud olmuşdur. Ənənəvi tərifə görə bimetallizm qızıl və gümüş sikkələrin sərbəst zərb edilməsini, yəni nəcib metaldan olan külçələrin sikkə sarayına gətirilməsi və bu külçələrin rəsmi dəyərinə bərabər məbləğdə xüsusi şəxslər üçün sikkə almaq imkanıdır. Qızıl və gümüş arasında rəsmi nisbətin – bimetal paritetinin müəyyən edilməsini tələb edir.

Növləri

Bimetalizmin aşağıdakı növləri məlumdur:
Paralel valyuta sistemi;
İkiqat valyuta sistemi;
«Axsayan» valyuta sistemi.

Paralel valyuta sistemi

Paralel valyuta sistemi zamanı qanunvericilik qızıl ilə gümüş arasında müəyyən qiymət nisbətini müəyyən etmir, qızıl və gümüş sikkələr isə qızıl və gümüşün bazar dəyərinə uyğun olaraq alqı-satqı və digər sövdələr zamanı qəbul olunur.

İkiqat valyuta sistemi

İkiqat valyuta sistemi zamanı dövlət iki metal arasında müəyyən qiymət nisbətini təsbit edir, qızıl və gümüş sikkələrin zərb olunması və onların əhali tərəfindən qəbul olunması isə bu nisbətdə həyata keçirilir.

«Axsayan» valyuta sistemi

«Axsayan» valyuta sistemi zamanı qızıl və gümüş külçələr bərabər olmayan nisbətdə qanuni tədiyyə vasitələridir, yəni gümüş sikkələr qızıl sikkələrin sərbəst zərb olunmasından fərqli olaraq qapalı qaydada zərb olunurdu (bimetalizm gümüş «ayaqla» «axsayırdı»). Bu halda gümüş sikkələr qızıl nişanına çevrildi. Ümumi ekvivalent kimi iki metalın tədavülü müəyyən çətinliklərə səbəb olurdu. Nəticədə bu rolun iki metalla yerinə yetirilməsi pulun mahiyyətinə zidd gəlirdi. İki ekvivalent – iki dəyər ölçüsü, deməli iki qiymətdir. Qızıl və gümüşün hasilatı zamanı əmək məhsuldarlığının qeyri-bərabər olması ilə əlaqədar, dəyərcə onlar arasında nisbət dəyişir. Bu, qızıl ilə gümüş arasında həqiqi nisbətin düzgün müəyyən edilməsini çətinləşdirirdi və müvafiq olaraq tədiyyənin həyata keçirilməsini mürəkkəbləşdirirdi. XIX əsrin sonunda əksəriyyət ölkələrdə bimetalizm monometallizmlə əvəz olundu.


Tarix: 19.03.2013 / 21:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 183 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...