Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyət göstərməyə başlayıb. 8 sentyabr 2008-ci il tarixindən Bank adını dəyişdirərək öz fəaliyyətini AccessBank olaraq davam etdirməyə başlayıb. AccessBank QSC - kommersiya bankının altı səhmdarı var, bunlar: Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniya Hökuməti nəzdində Alman İnkişaf Bankı KfW (20%), Access Microfinance Holdinqi (16.53%) və Bankın idarəedilməsinə görə cavabdeh olan LFS Financial Systems GmbH alman konsaltinq şirkətidir (3.47%). 85 milyon AZN məbləğində nizamnamə kapitalına malik olan AccessBank, Azərbaycanın ən iri banklarından biridir. Bank Avropa ictimaiyyəti və Almaniya Hökuməti tərəfindən dəstəklənir.
АccessBank-ın missiyası, Azərbaycanda mikro və kiçik sahibkarlara, eləcə də aşağı və orta gəlirli ailələrə maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla “BB+” səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən “Azərbaycanın ən yaxşı bankı” və The Banker nəşri tərəfindən isə “İlin bankı” adına layiq görülüb.. AccessBank, bütün Azərbaycan üzrə belə yüksək reytinq alan yeganə özəl bankdır!
AccessBank-ın Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Şəki, Salyan, Lənkəran, Xaçmaz, Qazax, Mingəçevir, Cəlilabad, Göyçay, Zaqatala və s. şəhərlərində 26 filialı və 2 şöbəsi fəaliyyət gəstərir. Yaxın gələcəkdə paytaxtda və regionlarda daha bir neçə filialın açılışı planlaşdırılır.
2005-ci ildən AccessBank öz xidmətlər sahəsinə əmanət hesablarını da daxil edib. 2006-cı ildən başlayaraq AccessBank öz müştərilərinə bankdaxili plastik kartlar, istehlak kreditləri və VİSA plastik kartlarını da təklif etdiyi məhsullar sırasına daxil edib. 2008-ci ilin sentyabr ayından etibarən Bankın xidmət çeşidlərinə, daxili çiplərlə təchiz edilmiş plastik kartlar əlavə olunmuşdur.
Tarix: 19.03.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 253 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari