"Suyum MMC" şirkətinin əsası 2008-ci ildə qoyulmuşdur. Hazırda şirkətin əsas fəaliyyəti su təmizləmə qurğularının Azərbaycan Respublkası ərazisində satışından ibarətdir. Bu məhsullar Amerika Birləşmiş Ştatlarında istehsal olunur və "Suyum MMC" şirkəti tərəfindən Azərbaycana idxal edilir. "Suyum MMC" şirkətinin təqdim etdiyi məhsullar uzun müddət laboratoriya sınaqlarından keçərək ABŞ-da keyfiyyət standardları üzrə sertifikatlaşdırılmışdır.
Suyum MMC
Suyum MMC şirkətinin təqdim etdiyi məhsullar əsasən iki məhsul qrupuna aiddir: "BüllurSuyum" və "ŞirinSuyum". Qısaca olaraq, BüllurSuyum məhsul qrupuna daxil məhsulların əsas funksiyası suyun keyfiyyətinə və təmizliyinə nəzarətdən ibarətdir. ŞirinSuyum məhsul qrupuna daxil olan məhsullar isə suyun keyfiyyət və təmizliyinə nəzarətlə yanaşı, suya həmçinin təmiz bulaq suyunu xatırladan dad verməsi ilə səciyyələnir.Mündəricat
1 Məhsullar
1.1 BüllurSuyum
1.2 ŞirinSuyum
2 Nano-texnologiya
2.1 NanoTexnologiya: Su
3 Mənbə
4 Xarici linklər
Məhsullar
"Suyum" şirkəti tərəfindən təqdim olunan – NanoCeram filtrləri – çağımızda ən müasir və təmiz texnologiya sayılan NanoTexnologiyaları əsasında Amerika Birləşmiş Ştatlarında istehsal olunur. Artıq, Amerikanın Su Keyfiyyəti Assosiyası tərəfindən də incələnərək sertifikatlaşdırılmış bu su filtrləri şirkət tərəfindən Azərbaycanda təqdim olunur.
Olduqca davamlı və çox möhkəm xarici plastik örtüyə malik bu filtrlərin daxilinə xüsusi kartric yerləşdirilir və (dərin) həcmli filtrlər kateqoriyasına aiddir. Kartricin tərkibindəki termik üsulla bir-birinə bərkidilən mikroşüşəli liflər və nano alüminium lifləri elektropositiv xassəyə malik matriksdən ibarətdir.
Məlumdur ki, təbiətdə elektrik yüklü cisimlər arasında elektrostatik qüvvə yarana bilər ki, bunun nəticəsində cisimlər bir-birini cəzb edir, yaxud da itələyir. Məhz, bu sadə prinsipə əsaslanan NanoCeram filtrləri hətta 2 mikrondan da kiçik (0,2 mikorana kimi) hissəcikləri (cisimləri və ya maddələri) asanlıqla adsorpisya edir.
Bu isə o deməkdir ki, qalınlığı 1 mm filtr (burada katricin ölçüsü nəzərdə tutulur) hətta Klebsiella terrigena (0.5 micron) ölçülü bakteriyaların belə 99.999%-ni aradan qaldırır.
"Suyum" şirkətinin təqdim etdiyi su təmizləmə filtrlərinin müsbət cəhətləri:
dünyadakı ən uzunömürlü (1 mikrometrdən kiçik filtr texnologiyası)
hər hansı bir ölçüdə olan hissəcikləri təmizləyir (çöküntü, mikroelement)
mikroorqanizmləri saxlayır (mikrob, bakteriya, virus, və s.)
su tərkibindəki mineralları qoruyur
çirkli su istehsal etməz
əks yumaya ehtiyac yoxdur
enerjiyə ehtiyac yoxdur
xarici ehtiyat sisteminə ehtiyac yoxdur
Su filtri vasitəsi ilə saxlanılan maddələr:
ağır metallar (dəmir, manqan, alüminium, qurğuşun, xrom, qalay)
kömür
zəhərli maddələr
silikat
endotoksin
BüllurSuyum
BüllurSuyum qrupuna daxil aşağıdakı məhsulların əsas funksiyası suyun keyfiyyətinə və təmizliyinə nəzarətdən ibarətdir. Laboratoriya müşahidələri göstərir ki, təqdim olunan su filtrləri suyun tərkibindəki müxtəlif zərərli mikroorqanizmlərə (bakteriya, virus, və s.) və həmçinin normal şərtlər altında suda həll olunmayan xırda daşlara (kista), və digər parçaların aradan qaldırılmasına qarşı effektiv mübarizə aparır.
Su filtrlərinin istifadə oluna biləcəyi sahələr:
mənzillər (eləcə də bağ evləri)
istehsalat
kosmetika
hovuz və istirahət yerləri
mikroelektronika
əczaçılıq və bio-tibb və s.
Texniki Göstəricilər
Çöküntü Sıxlığı İndeksi1 (SDI): ≤ 0.5
Təzyiq düşmə fərqi (ΔP)2: 15.2 lt/dəq.-də 1.5ps-dən az (aiddir P2.5-10 modelinə)
Effektivliyi: 0.2µ (mikron) miqyaslı maddələr 99.9% azaldır
Çirk saxlama gücü3 (DHC): 88mg/cm2 (572 mg/in2)
Kista saxlama gücü: > 5 LRV
Bakteria (Klebsiella terrigena) saxlama gücü: > 5 LRV
Çalışma temperaturu: 4 – 57°C
Maksimum təzyiq: 4.83 bar (70 psi)
Effektiv pH sahəsi: 5 – 10
1 Çöküntü Sıxlığı İndeksi (Silt Denisity Index) – filtrin çöküntü səbəbindən tutulma dərəcəsini ehtimal edən ölçü vahidi. 2 Təzyiq düşmə fərqi (Pressure drop) – filtr quraşdırıldıqdan sonra suyun təzyiqində baş verə biləcək düşmə fərqi. 3 Çirk saxlama gücü (Dirt Holding Capacity) – kartricin tamamilə tutulmasından öncə, filtrin hər hansı ağırlğa və məsamə ölçüsünə sahib hissəcikləri saxlama gücüdür.
ŞirinSuyum
ŞirinSuyum qrupuna daxil aşağıdakı məhsulların əsas funksiyası suyun keyfiyyətinə və təmizliyinə nəzarətlə yanaşı, suda həll olunan orqanik maddələr (məs: neft, yağ), həmçinin xlor, yod kimi çirkli maddələri suyun tərkibindən təmizlənməsində kömək edir.
Bu tip məhsulların digər bir fərqli xassəsi, filtlərin tərkibində ümumi çəkisi 32% olan aktivləşdirilmiş karbon (kömür) tozlarının olmasıdır. Məhz bu xassə, filtərin effektiv, surətli və daha aşağı təzyiq fərqinə, eləcədə yuxarıda qeyd olunan çöküntü və digər kimyəvi maddələrə qarşı uğurlu mübarizə aparmağa təkan yaradır.
Texniki Göstəricilər
Çöküntü Sıxlığı İndeksi1 (SDI): ≤ 1.0 ± 0.1
Təzyiq düşmə fərqi (ΔP)2: 15.2 lt/dəq.-də 1.3psi-dən az (aiddir PAC2.5-10 modelinə)
Effektivliyi: 0.2µ (mikron) miqyaslı maddələr 99.9% azaldır
Çirk saxlama gücü3 (DHC): 88mg/cm2 (572 mg/in2)
Kista saxlama gücü: > 4 LRV
Bakteriya (Klebsiella terrigena) saxlama gücü: > 6 LRV
Çalışma temperaturu: 4 – 57°C
Maksimum təzyiq: 4.83 bar (70 psi)
Effektiv pH sahəsi: 5 – 10
Xloru azaltma göstəricisi: hər 19 tondan yuxarı su miqdarı üçün 2ppm-dən 1ppm-ə4 kimi (və hətta 1ppmd-dən daha az)
1 Çöküntü Sıxlığı İndeksi (Silt Denisity Index) – filtrin çöküntü səbəbindən tutulma dərəcəsini ehtimal edən ölçü vahidi. 2 Təzyiq düşmə fərqi (Pressure drop) – filtr quraşdırıldıqdan sonra suyun təzyiqində baş verə biləcək düşmə fərqi. 3 Çirk saxlama gücü (Dirt Holding Capacity) – kartricin tamamilə tutulmasından öncə, filtrin hər hansı ağırlğa və məsamə ölçüsünə sahib hissəcikləri saxlama gücüdür. 4 PPM (Part per million) – milyonda bir hissə (xlor kimi bulandırıcı maddələrin sudakı konsentrasiyasını ölçmək üçün istifadə olunur)
Nano-texnologiya
Nanotexnologiya maddənin atom və molekul səviyyəsində nəzarətini və idarə edilməsini həyata keçirməklə müasir, çox keyfiyyətli materialların əldə edilməsini və bu materiallardan istifadə edərək nanoölçülü maşın və mexanizmlərin, elektronik və optik cihazların, ətraf mühit üçün kimyəvi və fiziki təmizləyicilərin və s. əldə olunmasını araşdıran bir sahədir. Bu cür nanomateriallara bunları aid etmək olar – yüksək keyfiyyətli paltarlar, geyim əşyaları, inşaat materialları, güclü metal məmulatları, keyfiyyətli kosmetika, su təmizləyiciləri və s. Qeyd edək ki, nanotexnologiyada aparılan araşdırmalar fizika və kimya elminə dayanır.
Ümumiyyətlə, nanotexnologiya 100 və daha az nanometr miqyasında olan hissəciklərin araşdırılmasını və bu ölçülər çərçivəsində materialların və ya texnologiyaların kəşf edilməsini öyrənir. "Nanotexnologiya" terminini ilk dəfə irəli sürən professor Norio Taniguçi bu termini belə izah edir: "Nanotexnologiya əsasən materialların bir atom və molekul vasitəsilə emalından, parçalanmasından, konsolidasiyasından (birləşdirilməsindən) və deformasiyasından ibarətdir."
Nanotexnologiya vasitəsilə əldə oluna biləcək imkanlar təsəvvür olunmayacaq qədər genişdir. Bununla belə, nanotexnologiya dedikdə yalnız nanoölçülü hissəciklər, materiallar və məhsullarla bağlı texnologiya düşünülməməlidir. Bu texnologiya hal – hazırda insan fəaliyyətinin demək olar ki, bütün sahələrində tətbiq olunur – məs: emal sənayesi, elektronika və kompüter texnologiyası, tibb və sağlamlıq, ətraf mühit və enerji sahələri, biotexnologiya və kənd təssərrüfatı, kosmosun öyrənilməsi, hərbi və milli təhlükəsizlik, nəqliyyat və s.
NanoTexnologiya: Su
Artıq qeyd olunduğu kimi nanotexnologiya ilə əldə oluna biləcək imkanlar sərhədsizdir. Mövzumuzun bu hissəsində bəşəriyyətin nanotexnologiya vasitəsi ilə təmiz su əldə etmək üzrə bir neçə nailiyyətlərini nəzərdən keçirmək istərdik.
1. Kanadanın Qərbi Ontario Universitetinin alimləri çirklənmiş zonalarda artezian suları etan və butan kimi kimyəvi maddələrdən təmizləmək üçün nanomaterialları torpağın dərinliklərinə yerləşdirirlər.
2. İsrail və Amerika alimləri birlikdə nano-ölçülü deşikləri olan, polimer əsaslı ultra-filtrasiya keyfiyyətinə malik membran təbəqələri əldə etməyə müvəffəq olmuşlar. Bu təbəqələr bioloji çirklənməyə davamlı, antimikrob xassəli, bioloji toksik (zəhərli) maddələr üçün sensor rolunu oynayan, onları yeraltı və yerüstü sulardan kənarlaşdıran materiallardır.
3. Yaponiya alimlərinin yaratdığı mikro nano-qovucuqlar əsasında Sharp Korporasiyası çirkab sulardan azotu 90%-a qədər təmizləmə gücünə sahib zavod tikməyə nail olmuşdur. Öncələr, kifayət qədər baha başa gələn üsullarla azotun çirkab sulardan təmizlənməsi prosesi artıq bu üsulla dəfələrlə ucuz başa gəlir.
4. Suyum şirkətinin əməkdaşlıq etdiyi Amerikanın Argonide şirkəti, tərkibində nano aluminium lifləri olan su təmizləyici filtrlər kəşf etmişdir. Bu liflərin diametri cəmi 2 nanometrdir. Yüksək elektropozitiv gücə malik liflər vasitəsilə suda və havada olan bakteriyalar və viruslar təmizlənir (bu barədə daha ətraflı bax "Məhsullar
Tarix: 18.03.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 607 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari