Akkreditiv - Akkreditivlərlə hesablaşmalar - akkreditiv alıcı bankının satıcı bankına akkreditiv ərizəsində göstərilən məbləği ödəmək barədə tağşırığıdır.
Akkreditiv - malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir.
Benefisiar - müəyyən məbləğdə pulu almaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və ya fiziki şəxsdir. Akkreditivlərlə hesablaşmalar - akkreditiv alıcı bankının satıcı bankına akkreditiv ərizəsində göstərilən məbləği ödəmək barədə tağşırığıdır. Akkreditiv - malların göndərilməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim olunarkən göndərilmiş malların, xidmətlərin dəyərini benefisianara ödəmək barədə bankın öhdəliyidir. Benefisiar - müəyyən məbləğdə pulu almaq üçün hesablaşma sənədində göstərilmiş hüquqi və ya fiziki şəxsdir.
Azərbaycan Respublikasında sənədli akkreditivlərdən geniş istifadə olunur. Sənədli akkreditiv - elə bir sazışdir ki, onun əsasında bank müştərinin xahişi ilə və ya onun sərəncamlarına əsasən hərəkət edib, ödənişi 3-cü şəxsin adına aparır. Akkreditiv yalnız bir mal göndərənlə açıla bilər. Bank qanunvericiliyində akkreditivin müddəti məhdud deyil. Bu müddət tərəflər arasındakı bağlanmış müqavilədə göstərilir. Akkreditiv alqı - satqı müqaviləsindən ayrılmış aktdır. Göndərilmiş akkreditivdə sonradan hər hansı bir dəyişikliyin olması barədə sərəncamlar tam və dəqiq olmalıdır. Akkreditiv açmaq üçün banka müraciət edən şəxs ərizə verməlidir. Bu ərizədə aşağıdakıların olması mütləqdir: 1.Mal göndərən təşkilatın adı ; 2.Akkreditivin məbləği ; 3.Akkreditivin müddəti ; 4.Ödənişin hüquqi əsası ; 5.Malın, xidmətin adı, sayı və qiyməti.
Ödənilmiş akkreditiv açıldıqda emitent bank onun məbləğini ödəyicinin və ya ona verilmiş kreditin hesabına öz öhdəliyinin bütün müddəti ərzində icraçı bankın sərəncamına köçürür.
Ödənilməmiş akkreditiv açıldıqda emitent bank onun məbləğini icraçı banka akkreditiv icra olunandan sonra ödəyir.
Akkreditivin iki forması vardır :
Geriçağırma akkreditivi ;
Geri çağrılmayan akkreditiv.
Tarix: 19.03.2013 / 21:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 218 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari