Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valve

Valve Corporation — video oyunlar yaradan və nəşr edən amerikan şirkətidir. 1996-ci ilin noyabrında buraxılan Half-Life oyununu yaratdıqdan sonra bütün dünyaya məşhur oldu. Mərkəzi ofisi Belvyu, Vaşinqtonda yerləşir.Mündəricat
1 Tarix
1.1 Yaranma və Half-Life
2 Half-Life 2 və Source
3 The Orange Box
3.1 The Black Box
4 Valve Activision-ə qarşı
5 Maraqlı faktlar
6 İstinadlar
7 Xarici keçidlər


Tarix

Yaranma və Half-Life

"Half-Life"-dan oyun səhnəsi

Microsoft şirkətində işlədikdən sonra Qeyb Nyuell və Mark Harrinqton 1996-cı ildə Valve Software şirkətini təsis edirlər. Quake mühərrikinə lisenziya aldıqdan sonra onlar Quiver (Half-Life-ın işçi adı) oyununun yaradılmasına başlayırlar. Ssenari üzərində işləmək üçün professional yazıçı, fantast Mark Leydlou dəvət edilmişdir.[1]

Oyun ilk dəfə 1997-ci ildə E3-də nümayiş etdirilib və nümayiş etdirildiyi andan əsil hitə çevrilmişdir. Oyunu 1997-ci ildə buraxmaq planlaşdırsalar da reliz 31 oktyabr 1998-ci ildə oldu. Oyun bəyənildi və yaradıcılara məşhurluq gətirdi. Half-Life çıxdıqdan sonra Valve uzun müddət heç nə buraxmırdı. Bestseller üçün əlavələr isə Gearbox Software tərəfindən yaradılırdı.
Belədə orijinal oyun üçün bir neçə əlavələr buraxıldı: Half-Life: Opposing Force (OpFor), Half-Life: Blue Shift (BS) və PS2-versiya üçün eksklüziv addon — Half-Life: Decay. Bundan əlavə bir çox rəsmi modifikasiyalar, yaradılmışdı: Counter-Strike (CS), Team Fortress Classic (TFC), Deathmatch Classic (DMC), Day of Defeat (DoD), Ricochet. Rəsmi əlavələrdə orijinal oyundakı hadisələr, müxtəlif nəzər nöqtələrindən oynanılır: Adrian Şepard (Opposing Force), Barni Kalhaun (Blue Shift), Kollet Qrin və Cin Kross (Decay). Gearbox Software-dən ikinci əlavə ilə kompleksdə High Definition Pack adlı qrafik modifikasiya da buraxılmışdı.

Half-Life 2 və Source

"Half-Life 2: Lost Coast" – Source imkanlarını nümayiş etdirən skrinşot

2003-cü ildə E3 – əyləncə sənayəsinin illik sərgisində Valve-nin birinci hitinin davamı, Half-Life 2-ni nümayiş etdirilir. Bununla birgə şirkət özünün bir neçə yeni texnologiyaları haqda da danışır. Sonrada bəhs edilən texnologiyalar yetərincə məşhurlaşır. Texnologiyalardan biri Source adlı oyun mühərriki idi ki, modul memarlığı hesabına öz imkanlarını sərhədsiz genişləndirirdi. Buraxılan oyunlara inteqrə imkanı da əlavə üstünlüklərindən biri idi. Valve proqramçılarının ikinci nailiyyəti oyunların alınması, yenilənməsi və buraxılması üçün yaradılan mərkəzi idarə proqramı – Steam oldu. Sonradan almaq imkanı olan oyunlar sırasına digər şirkətlərin də məhsulları daxil edildi (Valve-nin əbədi rəqibləri Doom və id Software daxil olmaqla).
Bir neçə təxirə salınmadan və alfa-versiya oğurluqlarından sonra Half-Life 2 16 noyabr, 2004-ci ildə buraxılır və çoxlu sayda oyun jurnallarından yüksək qiymət əldə edir. Bunun arxasınca, Steam-də oyun mühərrikinin dəyişkənliyini nümayiş etdiyən HL2 üçün əlavə mərhələ yaranır. Bu Half-Life 2: Lost Coast adını alır və əsas xüsusiyyəti o zamanlar çox danışılan HDR-işıqlandırmanın dəstəklənməsi olur. Özünün fikir inkişafını və Steam imkanlarını göstərmək üçün sonrakı addım, yeni oyunların epizodik buraxılışı olur. Half-Life-ın üçüncü hissəsinin yaradılmasına əlavə doqquz ilin lazım olduğunu bəyan edən Valve, oyunun davamını üç hissəyə bölür. Episode One, Episode Two və Episode Three. Hissələri HL2-dən sonra iki-üç il ərzində buraxacağını söz verən yaradıcılar yalnız iki hissəni anons ediblər. Üçüncü hissə haqda ətraflı heç nə məlum deyil.

The Orange Box

"Team Fortness 2" – 3D Art. TF2-nin bütün çarxlarında nümayiş olunur

"The Orange Box"

Qeyd etməyə dəyər ki, Valve, PlayStation 2 üçün geniş oyun versiyasını buraxsa da onun üçün əsas platforma hər zaman PC olub. İkinci hissə həmçinin konsollar üçün yaradılmışdı. Daha doğrusu Xbox üçün. Dəyişdirilmiş formalı versiya arkad avtomatlarında da rast gəlmək olar. (əsasən Yaponiya sərhədləri daxilində). Yalnız Episode Two-dan başlayaraq Valve konsollar ərazisinə böyük sıçrayış edib.

Sonradan The Orange Box adlı yeni qutu versiya buxaılır ki, tərkibində Half-Life 2, Half-Life 2: Episode One ilə yanaşı yeni oyunlar Half-Life 2: Episode Two, Portal və Team Fortress 2 yer alır. Bu versiya PC-lə bərabər Xbox 360 və PlayStation 3 üçün eyni zamanda buraxılmışdır. The Orange Box-un buraxıldığı dövrdə, Steam-də yeni sosial şəbəkə – Steam Community yaranır. Steam-akkounta malik olan hər bir istifadəçi, kiçik formanı doldurub, qrafik avatar endirib, öz şəxsi səhifəsinə malik ola bilərdir. Bu səhifədə onun və dostlarının oynadığı oyunların statistikası onlayn rejimdə qeyd edilir və yenilənir. İstifadəçilərə həmçinin müxtəlif qruplar yaratmaq və bir-biri ilə dost olmaq imkanı da verilmişdir.

The Black Box

Bundan əlavə başqa qutu versiyası — The Black Box nəzərdə tutulmuşdur. Bu versiya yalnız ən son oyunlardan ibarət olmalı idi (HL2: Episode Two, Portal, Team Fortress 2). Lakin sonradan ATI Radeon HD 2900 XT istifadəçiləri üçün yalnız Steam vasitəsilə satışa çıxarıldı.[2] Valve diorektoru Qeyb Nyuell, 21 avqust 2007-ci ildə Game Informer saytı ilə intervyuda The Black Box haqda demişdir:[3]“Bu qərar mağazalara görə oldu. Onlar birdən artıq qutu əldə etmək istəmirdilər. O üzdən biz elə bir qutu seçdik ki, alıcı onu əldə edincə hər şeyi birdən qazanır. Lakin ümumilikdə Steam vasitəsilə, əlbəttə ki, biz sırf yığım formasına daha geniş baxa bilirik.”



Valve Activision-ə qarşı

2009-cu ildə Activision Blizzard, Sierra Entertainment-i əldə etdikdən sonra Valve şirkəti yenidən məhkəməyə verdi. Valvenin iddiasına əsasən Activision əvvəlki müqavilələrin şərtini tam yerinə yetirməmişdir. Activision $1,967,796 ödəyərək, əvvəlki illərin borcunu ödədiyini əsas gətirib qalan $424,136 məbləğini köçürməyi rədd etdi.[4]

Maraqlı faktlar
Gearbox Half-Life 2-yə qədər və PC-də orijinal Half-Life-dan başqa hər bir layihə üzərində işləyib. Bunlara Opposing Force, Blue Shift, Counter-Strike, Condition Zero, Half-Life PS2/Decay və Half-Life Dreamcast daxildir.


Tarix: 18.03.2013 / 19:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 576 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...