Tarixçə
1993-cü ildən uğurla fəaliyyət göstərən "AtaBank" Azərbaycanın ən böyük kommersiya banklarından biridir. Korporativ və fərdi müştərilərə tam xidmətlər kompleksini təqdim edən “AtaBank” yüksək texnologiyalı universal bank sayılır. Bank ölkənin ən etibarlı maliyyə strukturları sırasına daxildir. Hazırda Bakıda və respublikanın müxtəlif regionlarında “AtaBank”ın 15 filialı və 4 şöbəsi fəaliyyət göstərməkdədir.“AtaBank” ASC yarandığı gündən yeni xidmətlər tətbiq etməyi qarşısına məqsəd qoymuşdur.
2004-cü ildən "AtaBank" “VİSA İnternational” beynəlxalq ödəniş sisteminin assosiativ üzvü olmuş və bu sistemin 6 məhsulunun (”VİSA Electron”, “VİSA Classic”,” VİSA Gold”, “Visa Platinum”, “Visa Business” və “Solo Card”) emissiyasına başlamışdır.
2006-cı ilin may ayından etibarən bank “Visa İnternational” sisteminin tamhüquqlu üzvü seçilmişdir.
2007-ci ildə “Bureau Veritas” şirkəti tərəfindən "AtaBank" ASC-yə “Bütün növ bank xidmətləri” adlı İSO 9001:2000 sertifikatı təqdim edilmişdir.Regionlarda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi bankın mühüm strateji məqsədlərindən biridir. Dövlətin və sahibkarların etibarını əldə etmiş “AtaBank” hazırda “Sahibkarlığa Kömək Milli Fondu” dövlət proqramının əsas operatorlarından biri hesab olunur.Respublikanın regionlarında keçirilmiş sahibkarlarla görüşlər və kredit yarmarkaları Azərbaycan ictimaiyyəti tərəfindən müsbət qarşılanmışdır.“AtaBank”ın kredit fəaliyyətinə ticarətin və müxtəlif investisiya layihələrinin kreditləşdirilməsi, habelə şirkətlərin dövriyyə kapitalının maliyyələşdirilməsi daxildir. Həmçinin, kredit portfelində istehlak kreditləri və kredit kartları da xüsusi yer tutur.Bankın fəaliyyətinin əsas inkişaf strategiyası korporativ və pərakəndə bankçılığın inkişafı, müştərilərə rəqabət qabiliyyətli, yüksək texnologiyalı bank xidmətlərinin tam spektrinin təqdim olunması üzərində qurulmuşdur. Bankın maliyyə hesabatları artıq 5 ildir ki, beynəlxalq audit şirkəti olan “Deloitte & Touche” tərəfindən təsdiq edilir. "AtaBank” ASC-nin mühüm üstünlüklərindən biri də onun ölkənin ən böyük sənaye və maliyyə holdinqlərindən biri olan “AtaHoldinq” şirkətlər qrupuna daxil olmasıdır. Bu banka öz müştərilərinə lizinq, sığorta və digər xidmətləri də təqdim etməyə imkan verir. Bununla bağlı sadalanan xidmətlərin daha effektiv təmsil oluna bilməsi üçün bankın filiallarının binaları xüsusi şəkildə layihələşdirilmiş və inşa edilmişdir. Yerli bazardakı fəaliyyəti sırasında bank müştərilərə xidmət sahəsində lazımi təcrübə əldə etmişdir.
Tarix: 19.03.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 192 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari